Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Bakıda Hindistanda Zikhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda Hindistanda Zikhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfrans keçirilir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Pəncab əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, həmçinin Hindistan hökumətinin repressiv, irqçi və təqib siyasətinin birbaşa qurbanı olmuş şəxslər iştirak edirlər.

Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnik azlıqlara qarşı sistemli irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, xüsusilə BMT-nin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə Mübarizə üzrə Beynəlxalq Konvensiya” və “İşgəncələrə qarşı Konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə olunacaq.

Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması, eləcə də BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında müzakirələr aparılacaq.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsir imkanları müzakirə olunacaq.

Xatırladaq ki, Zikhizm XV əsrdə yaranıb və doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətindən və dilindən asılı olmayaraq bütün insanlar arasında tam bərabərliyi təbliğ edir. Bu səbəbdən Zikhizm ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda Zikh icmasının sayı təxminən 25 milyondan artıqdır və onlar əsasən Pəncab ştatında, Hindistanın əsas kənd təsərrüfatı bölgəsində məskunlaşıblar.

Qeyri-hökumət təşkilatları və müstəqil ekspertlər tərəfindən beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarda bildirilir ki, Hindistan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi silahlı basqınlar və repressiv siyasət nəticəsində yalnız 1984-cü ildə 8 min –17 min Zikh qətlə yetirilib, 50 mindən çox Zikh üzvü isə Hindistan hökumətinin təqiblərindən qaçaraq xarici ölkələrə mühacirət edib. 1980–1990-cı illərdə Pəncabda Zikh icmasının minlərlə üzvü oğurlanıb və ya qaçırılıb, eyni zamanda, məhkəmə prosesi olmadan qondarma ittihamlarla qətlə yetirilib. Hazırda hüquqlarını tələb edən Zikh fəallar “separatizm” və ya “casusluq” ittihamları ilə həbs edilir, Pəncabda polis reydləri isə artmaqda davam edir. Xaricdə yaşayan Zikh fəallara qarşı terror aktları təşkil olunub və Kanada ilə ABŞ rəsmi qurumları bu aktların törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.

Qeyd edək ki, qaçan Zikh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar və Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər. Zikh icması Hindistan hökumətindən 1984-cü il anti-Zikh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımı təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasını və 1980–1990-cı illərdə Pəncabda minlərlə yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılmasını tələb edir. Onlar, həmçinin qanunsuz həbs edilmiş Zikh fəalların azadlığa buraxılmasını və onlara siyasi məhbus statusunun verilməsini, Pəncabın muxtariyyətinin genişləndirilməsini və idarəetmədə mərkəzi hökumətin müdaxiləsinin qadağan olunmasını istəyirlər. Bundan əlavə, xaricdəki Zikh fəallara qarşı transmilli repressiyaların, o cümlədən sui-qəsd və təhdidlərin dayandırılmasını, beynəlxalq araşdırmalara icazə verilməsini, həmçinin Hindistan hökumətinin 1984-cü il qırğınları üçün rəsmi üzr istəməsini və qurbanlara kompensasiya ödənilməsini tələb edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri