Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Vətən sevgisinin ən ali məqamı FOTOLAR

Vətən sevgisinin ən ali məqamı FOTOLAR

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

44 günlük haqq savaşımızın zəfər şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin mayoruKamran Fərəcov məqamında Vətəni, xalqı üçün yaşamağı bacardı. Astara elinin qəhrəman oğlu 43 yaşında elə bir şərəfli ömür yolu keçdi ki, odu-alovu ilahi bir məhəbbətə dönüb insanların ürəyində özünə əbədi yer etdi. 30 il qana susayan yağını qanda boğmaqla ruhu ünyetməz göylərə qovuşan Vətən sevdalısının həyatı millətinə şərəfdir, qeyrətdir.

Müqəddəs amallar uğrunda şəhid olub, adını qanı bahasına qəhrəmanlıq tariximizin səhifələrinə yazan Kamran indi cismən aramızda olmasa da, heç vaxt unudulmur, həmişə hörmətlə, böyük ehtiramla anılır, adı qürurla, iftixarla çəkilir. Necə deyərlər, harada bir Günəş saflığı var, onun sorağı oradan gəlir.

Ruhu uca göylərdə dolaşa-dolaşa şəhid mayorumuz ömrünün 48-ci ilinə çatdı. Bu münasibətlə ölümsüz qəhrəmanın məzunu olduğu Astara şəhər Z. Bünyatov adına 2 saylı orta məktəbində əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

Baxışlardan məğrurluq, həm də iftixar oxunan tədbirdə sevdalanıb baş qoyduğu müqəddəs torpaq ziyarət olundu, məzarına təzə güllərdən çələng hörüldü.

Məktəbin genış zalında davam edən mərasimdə Vətən oğlunun doğma Azərbaycana göstərdiyi misilsiz xidmətlərdən qürurla danışan Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov xüsusi olaraq vurğuladı ki, əbədiyyət ulduzuna dönən şəhidimiz ürəyinin istəyi ilə canını Vətəninə fəda etdi, xalqın kimliyini, mənliyini bir daha bütün dünyaya göstərmək üçün müharibə meydanında qan tökdü. Belə əqidəyə malik insanlar heç vaxt ölmürlər. Həmçinin bu cür tədbirlərin təşkili gənc nəslin qəlbində Vətənə sevgi yaradır, şəhid ailələrinə olan hörmət və ehtiramın təcəssümünə çevrilir.

Vətənin azadlığı, bizim xoşbəxtliyimiz naminə son nəfəsinə qədər döyüşən şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayar, onların müqəddəs xatirəsi hər zaman məhəbbətlə və dərin minnətdarlıqla yad olunar.

Mərasim iştirakçıları arasında olan şəhidin döyüş yoldaşları çıxışlarında onu məsuliyyətli, qorxmaz, həmişə şəxsi heyətinə dayaq duran, müharibə meydanında özünə məxsus keyfiyyətləri ilə əsgərlərə qanad verən, Vətənin azadlığı üçün ölümdən qorxmadan irəliyə doğru addımlayan igid bir komandir kimi xatırladılar.

Şəhidimizin həyat yoldaşı Nuranə xanım Fərəcova haqqında da səmimi, ürək açan sözlər deyildi. Bildirildi ki, Azərbaycan qadınına məxsus bütün nəcib keyfiyyətlər onun xarakterində cəmləşib. O, gücü, qeyrəti hesabına çətin günlərdə öz ayaqları üzərində dayanmağı bacarıb. Hazırda Astara Pedaqoji Kollecində Maliyyə-informatika və qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsində çalışmaqla xalqına ləyaqətlə xidmət edir. Şəhidin bizə yadigar saxladığı əkiz qızlarıni- Şəms və Dənizi onun uca adın layiq böyüdür.

Digər çıxışlarda isə mayor Fərəcovun şəxsiyyət kimi boya-başa çatmasında , vətənpərvər ruhda böyüməsində əməyi olan və onun xatirəsini yaşadan 2 saylı tam orta ümumtəhsil məktəbinin kollektivinə təşəkkür edildi, müəllimlərin verdiyi bilik, aşıladığı milli-mənəvi dəyərlər və Vətənə sevgi şəhidin gələcək həyat yolunda mühüm rol oynadığı deyildi.

Məlumat üçün bildirək ki, şəhidimiz Astara rayonunun Səncərədi kəndində dünyaya göz açıb, ali hərbi təhsillə silahlanaraq peşəkar zabit kimi Ağdamda, Gəncədə, Goranboyda- cəbhə bölgəsində Vətənin keşiyində durub. 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilib. 44 günlük haqq savaşımızda Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə ön cərgədə döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra III dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə”, Qubadlının, Cəbrayılın azadlığı uğrunda medallara layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri