Ağ Ev sahibi Sülh Şurası na yalnız İsraili dəstəkləyən dövlətləri daxil edəcək ŞƏRH
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağını idarə etmək üçün “Sülh Şurası”nın yaradıldığını elan edib. Donald Tramp şuraya özü rəhbərlik edəcək. Amma şuraya hansı dövlətlərin daxil olacağı haqda məlumat yoxdur.
Bəs şuraya hansı dövlətlərin daxil olma ehtimalı var?
Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd etdi ki, Prezident Donald Trampın Qəzza ilə bağlı mövqeyi, Fələstin probleminin həllinə yönəlik iddiaları, eyni zamanda, "Sülh Şurası" ilə bağlı cəhdləri olduqca şübhəli və müəmmalı prosesdir.
Onun sözlərinə görə, Donald Tramp Fələstin probleminə demək olar ki, ikili standartlardan yanaşır:
"Çünki bütün siyasətini İsrail ətrafında qurur. İsrailin Yaxın Şərqdəki mövqeyinin möhkəmləndirilməsinə hədəfli addımlar atır. Qəzza böhranını da məhz İsrailin mənafeyinə uyğun həll etməyə çalışır. Maraqlı olan məqamlardan biri ondan ibadət ki, Donald Tramp bir müddət öncə bəyan etmişdi ki, Qəzzanı yenidən bərpa edib inkişaf etmək niyyətindədir, ancaq burada da yenə ikili standartlar anlayışından çıxış edərək ABŞ Prezidenti bildirmişdi ki, ABŞ Qəzzanın İsrail tərəfindən nəzarət altına alınmış hissəsi bərpa olunub inkişaf etdiriləcək, geri qalan hissəsi, yəni İsrail tərəfindən dağıdılmış digər hissə ilə bağlı isə ABŞ heç bir pozitiv addım atmaq niyyətində deyil. "Sülh Şurası"nın Qəzza zolağına hər hansı bir müsbət, pozitiv irəliləyiş gətirə biləcəyinə inanmaq çox çətindir. Çünki demək olar ki, Tramp Qəzzada yaşayan fələstinlilərin gələcək taleyini düşünmək niyyətindən uzaq görünür".
Müsahibimiz vurğuladı ki, əvvəlki versiyada "Sülh Şurası"na Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin rəhbərlik edəcəyi bildirilirdi və o özü orada idarəçilik strukturlarını formalaşdırmalı idi:
"Ancaq belə görünür ki, Donald Tramp bu məsələni öz nəzarətində saxlamaq niyyətindədir, çünki Toni Bleyer kifayət qədər nüfuzlu və beynəlxalq hüquq normalarına uyğun davranmağa vərdiş etmiş bir siyasətçidir. Yəqin ki, Qəzza məsələsinin həllində Toni Bleyer Donald Trampdan fərqli olaraq beynəlxalq hüquq normalarına əsaslanaraq fələstinlilərin durumunu mütləq nəzərə alacaqdı. Belə anlaşılır ki, bu Donald Trampı qətiyyən qane etməyib, ona görə də "Sülh Şurası"na özü rəhbərlik etmək qərarına gəlib. Həmin şuranın tərkibinə hansı dövlətlərin daxil olma məsələsinə gəldikdə isə böyük ehtimalla Ağ Ev sahibi "Sülh Şurası"na yalnız və yalnız İsraili dəstəkləyən dövlətləri daxil edəcək. Avropada bir çox dövlətlər İsraili Qəzzada törədilən qorxunc zorakılıqlara görə ittiham edib və həmin dövlətlərin "Sülh Şurası"na düşmə ehtimalı qətiyyən inandırıcı görünmür. Bu baxımdan hesab eləmək olar ki, əgər "Sülh Şurası"na Donald Tramp rəhbərlik edəcəksə, Fələstin probleminin iki dövlət prinsipi əsasında həllinə tərəfdar olan dünya dövlətlərinin həmin şurada təmsilçiliyinə imkan verəcəyi o qədər də inandırıcı görünmür".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 16 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















