Icma.az
close
up
RU
Bakıda icra başçılarına qadağa qoyulub Nə baş verir?

Bakıda icra başçılarına qadağa qoyulub Nə baş verir?

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

on illərdə ölkənin müxtəlif bölgələrində, həmçinin paytaxt Bakıda icra başçılarının “tikinti maqnatı” kimi fəaliyyət göstərməsi və bu sahədə qanunsuz addımlar atması ilə bağlı xəbərlər geniş müzakirə mövzusu olub.

Qeyri-qanuni yollarla inşa edilən və satılan binalar həm əmlak bazarında neqativ təsirlər göstərib, həm də tikinti sahəsində qanunvericiliyin pozulması ilə bağlı ciddi narahatlıqlara səbəb olub. 

Modern.az-ın məlumatına görə, Bakıda icra başçılarının bina tikintisi ilə məşğul olmasına qadağa qoyulub. Artıq icra başçıları paytaxt ərazisində çoxmərtəbəli binaların, həmçinin həyət evlərinin tikintisi və satışı ilə məşğul ola bilməyəcəklər. 

Bakı şəhərində qanunsuz tikinti hallarının qarşısını almaq məqsədilə yeni qaydaların tətbiq olunduğu bildirilir. Bu qadağa ilə paytaxt ərazisində qanunsuz tikintilərin azalması və tikinti sahəsində şəffaflığın təmin edilməsi məqsədinin güdüldüyü qeyd olunur. 

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, qərar yerli icra strukturlarının fəaliyyətinə daha ciddi nəzarət ediləcəyini göstərir. Qərarın qəbul edilməsində ötən il təsdiqlənmiş Bakının Baş Planı da mühüm rol oynayıb.

Baş Plan paytaxtın şəhərsalma qaydalarının nizamlanması, qeyri-qanuni tikintilərin qarşısının alınması və müasir şəhərsalma standartlarının tətbiqi məqsədi daşıyır. Bu sənəd çərçivəsində Bakı şəhərində tikinti sahəsində fəaliyyətlərin ciddi nəzarət altına alınması və şəffaflığın artırılması nəzərdə tutulur. 

Ekspertlər deyir ki, icra başçılarının tikinti fəaliyyətinə qadağa qoyulmasının əmlak bazarına və şəhərsalma qaydalarına mühüm təsiri olacaq. Qeyri-qanuni tikintilərin azalması nəticəsində bazarda rəqabət mühiti sağlamlaşacaq. 

Eyni zamanda tikinti sahəsindəki bu qərar şəhərin ümumi arxitekturasının Baş Plana uyğun şəkildə inkişafına töhfə verəcək və şəhərsalma qaydalarının daha dəqiq tətbiqinə imkan yaradacaq.

Bu dəyişikliklərin tikinti sektoru və əmlak bazarına nə kimi təsiri olacaq? 

Onu da nəzərə çatdıraq ki, Prezident İlham Əliyev dəfələrlə şəhərsalma qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı olmadan heç bir binanın tikilməməsi barədə xəbərdarlıq etmişdi. 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bakı şəhərinin ən son Baş Planı 1986-cı ildə təsdiq edilmişdi ki, artıq bütün tikililər ona uyğun olaraq inşa olunmalı idi. Lakin daha sonra Sovet İttifaqının dağılması, Birinci Qarabağ müharibəsi və digər amillər insanların böyük bir hissəsinin böyük şəhərlərə, xüsusən də Bakıya axın etməsinə səbəb oldu. Zamanında tikilmiş pərakəndə şəkildə çoxmənzilli yaşayış binaları və evlər demək olar ki, paytaxtın bütün infrastrukturunu alt-üst etdi və Bakı plansız şəkildə tikildi. 2018-ci ilə qədər çoxmənzilli binaların inşası ilə bağlı sərəncamları yerli icra hakimiyyətləri verirdi ki, 2018-ci ildən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yarandı və tikinti ilə bağlı, xüsusən də çoxmənzilli yaşayış binalarına dair bütün sərəncam hüquqları bu komitə tərəfindən təsdiqlənir. Zamanında tikilmiş pərakəndə şəkildə çoxmənzilli yaşayış binaları artıq yeni Baş Planın qurulmasına ciddi şəkildə problemlər yaradır və sıxlıq əmələ gəlir ki, bu da həmçinin insan sıxlığı ilə bərabər, avtomobillərin də hərəkətində ciddi problemlər yaradır. Tikinti işlərini həyata keçirən insanların böyük bir hissəsi vəzifəli şəxslər olub ki, onların himayədarlığı ilə Bakı şəhərində bu qədər pərakəndə çoxmənzilli yaşayış binaları plansız şəkildə tikilib”.

Ekspert qeyd edir ki, əksər hallarda hansısa tikinti sahibi görünməyən tərəf olur:

"Görünən tərəf sıradan bir şəxs, yəni icraçı direktor qismində görünür. İstər icra hakimiyyətləri, istərsə də digər böyük vəzifəli şəxslər adətən tikintilərlə bağlı bu cür addımlar atırlar. Tikintini maliyyələşdirən, yaxud digər icazələrin alınması həmin şəxslərin özləri tərəfindən aparılsa da, görünən tərəflər tam başqadır. Hazırda vəzifəli şəxsin böyük biznes fəaliyyəti ilə məşğul olması qanunvericilikdə qadağan olunduğu üçün onlar istər tikinti, istərsə də digər sahələrdə də görünməyən tərəf kimi çıxış edirlər. Təbii ki, gələcəkdə də bu cür hallar baş verə bilər, çünki həmin şəxslər rəsmi olaraq həmin şirkətlərdə görünmürlər, həmin şirkətləri yalnız və yalnız maliyyələşdirən və kənardan idarə edən şəxslərdir.

Ölkəmizdə tikinti ilə bağlı peşəkar şirkətlər mövcuddur və həmin peşəkar şirkətlər bu gün də fəaliyyət göstərirlər, lakin onların daha sürətlə quruculuq işlərində rollarının olması üçün xüsusən də tikinti şirkətlərinə müəyyən güzəştlər tətbiq olunmalıdır. Çünki Bakı şəhərinin Baş Planı təsdiq olunub və 2040-cı ilə qədər paytaxt Baş Planda əks olunan formada olmalıdır. Təbii ki, həmin söküntü və tikinti işləri, xüsusən də köhnə yaşayış məntəqələrinin sökülməsi və yenidən tikilməsi daha çox özəl sektor tərəfindən həyata keçirilir. Özəl sektorun bu işi daha sürətlə apara bilməsi üçün müvafiq sahəyə ciddi şəkildə dəstək olunması tələb olunur. Əks halda, paytaxtda mövcud olan yüzlərlə, hətta minlərlə istismar müddətini başa vurmuş binanın gələcəkdə sökülməsi gecikərsə, zəlzələ, sürüşmə və təbii fəlakət baş verəndə artıq paytaxt şəhərində çox sayda çoxmənzilli binaların uçub dağılması qaçılmaz ola bilər".

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Yanvar 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri