Icma.az
close
up
RU
İcra başçılarına qadağa: Əmlak bazarına necə təsir edəcək?

İcra başçılarına qadağa: Əmlak bazarına necə təsir edəcək?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhərində qanunsuz tikinti halların qarşısını almaq məqsədilə yeni qaydaların tətbiq olunduğu bildirilir. 

Bu qadağa ilə paytaxt ərazisində qanunsuz tikintilərin azalması və tikinti sahəsində şəffaflığın təmin edilməsi məqsədinin güdüldüyü qeyd olunur.

Artıq icra başçıları paytaxt ərazisində çoxmərtəbəli binaların, həmçinin həyət evlərinin tikintisi və satışı ilə məşğul ola bilməyəcəklər.

Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, qərar yerli icra strukturlarının fəaliyyətinə daha ciddi nəzarət ediləcəyini göstərir.

Qərarın qəbul edilməsində ötən il təsdiqlənmiş Bakının Baş planının da mühüm rol oynayıb. Baş plan paytaxtın şəhərsalma qaydalarının nizamlanması, qeyri-qanuni tikintilərin qarşısının alınması və müasir şəhərsalma standartlarının tətbiqi məqsədi daşıyır.

Bu sənəd çərçivəsində Bakı şəhərində tikinti sahəsində fəaliyyətlərin ciddi nəzarət altına alınması və şəffaflığın artırılması nəzərdə tutulur.

Maraqıdır, bu qadağa tikinti sektoru və əmlak bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı “Cebheinfo.az”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bunun əmlak bazarına heç bir təsiri yoxdur:

“İcra başçılarına bu qadağa qoyulub, amma heç bir icra başçısı öz adına tikinti şirkəti açıb bina tikmir. Məhz burada söhbət təkcə icra başçılarından getmir. Bəzən tikinti sahəsində maraqlı olan məmurlar belə, kənar şəxslərin adına şirkət açıb bu işi onlara gördürürlər.

Belə ki, həmin şəxslər şirkətlərdə görünmürlər, şirkətləri yalnız maliyyələşdirir və kənardan idarə edirlər. İstər icra başçıları, istərsə də yüksək vəzifəli şəxslər adətən tikintilərlə bağlı bu cür addımlar atırlar. Onlar tikintini maliyyələşdirir, icazələrin alınmasını təmin edir, lakin görünən tərəflər tam başqa olur.

Bu baxımdan tikinti sektorunda ciddi bir dəyişiklik görmürəm. 

Bildirim ki, qanunvericiliyə əsasən vəzifəli şəxslərin biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Hazırda bu qanunun hansı formada nəyə və necə təsir edəcəyini  bilmirəm”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri