Icma.az
close
up
RU
Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub

Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov müstəqilliyimizin bərpasının xalqımız üçün tarixi bir nemət olduğu kimi, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını söyləyib. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini deyən Ə.Əhmədov bildirib: “Bu inkişaf təkcə iki ölkə arasında deyil, həm də beynəlxalq münasibətlər sistemində onların nüfuzunun artmasına və qlobal arenada daha fəal mövqe tutmalarına imkan yaradıb”.

Parlament sədrinin birinci müavini, həmçinin diqqətə çatdırıb ki, dünya çox sürətlə dəyişir, təbiət dəyişir, insanlar da dəyişir. Cəmiyyət də dəyişir və çox təəssüflə qeyd etmək lazımdır ki, bir sıra hallarda bütün bu dəyişikliklər insanlara acılar gətirir. İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq indi ağır böhran içərisindədir. Acı həqiqət ondan ibarətdir ki, artıq proses geriyə dönməz xarakter alıb.

Onun sözlərinə görə, artıq dünya beynəlxalq münasibətlər sisteminin, beynəlxalq hüququn yeni reallıqlara uyğunlaşdırılmasına məhkumdur. “Təəssüflə qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsindən sonra hüququn ali olmasını təmin etmək məqsədilə yaradılmış beynəlxalq münasibətlər sistemi də, beynəlxalq hüquq sistemi də çöküb və bunun alternativi olaraq güc amili meydana gəlir. İndi güc beynəlxalq hüququn çox ciddi alternativinə çevrilir. Səbəb də ondan ibarətdir ki, beynəlxalq münasibətlər sistemi də, beynəlxalq hüquq da indi yaranmış dünya reallıqlarına lazımınca cavab verə bilmir”, - deyə parlament sədrinin birinci müavini əlavə edib.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ölkələrimiz arasında münasibətlərin xüsusi əhəmiyyətə malik olduğunu deyib. Bildirilib ki, iki ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır, milli maraqlar çərçivəsində qiymətləndirilir. Bu münasibətlərin güclənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyası üçün mühüm töhfələr verir.

F.Oktay diqqətə çatdırıb ki, bu il Azərbaycan parlamentinin 106-cı ildönümü ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə seçkilərin keçirilməsi ilə əlamətdardır. “Bu, ölkənin demokratik inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. İlk dəfə olaraq azad edilmiş ərazilərdə xalqın iradəsi seçkilər vasitəsilə parlamentə əks olunub. Bu proses Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik dəyərlərin təntənəsi baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.

Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan TBMM-in komitə sədri vurğulayıb ki, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vacib məsələdir. Bu cür beynəlxalq tədbirlər iki qardaş ölkə arasındakı əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.

Daha sonra konfransda “Parlamentlərin ictimai diplomatiyada rolu” mövzusunda müzakirələr aparılıb.

Müzakirələrdə Milli Məclis sədrinin müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TBMM-in üzvü Nurhayat Altaca Kayışoğlu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, TBMM-in Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komitəsinin həmsədrinin müavini Konur Alp Koçak çıxış ediblər.

Tədbirdə Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya sahəsindəki rolu, ortaq layihələrin həyata keçirilməsi, regional və qlobal çağırışlara birgə cavab vermək məqsədilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və ictimai diplomatiyanın səmərəliliyinin artırılması istiqamətində məsələlər müzakirə olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri