Icma.az
close
up
RU
Bakıda iki yeni park salınacaq

Bakıda iki yeni park salınacaq

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhəri ərazisində 300-dən çox park mövcuddur. Son 20 il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində parklarda əsaslı təmir işləri həyata keçirilib, həmçinin yeni ərazilərdə meşə tipli parklar salınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Bakı.vs-ə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində son illər ərzində İDEA İctimai Birliyinin təşəbbüsü ilə 200-ə yaxın məhəllələrarası park yaradılıb ki, bu da sakinlərin yaşadıqları ərazidə asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır.

“Bakıda Yasamal rayonunda böyük əraziyə malik Meşə parkı, Mərkəzi park, Səbail rayonunda Çəmbərəkənd parkı, Xətai rayonunda Gənclik, Sevirəm parkları salınıb. Yeni salınan və əsaslı təmir edilən parklarda yaşıllıq sahələrinin daha da artırılmasına diqqət yetirilir.

Xətai rayonunda yerləşən Sevirəm parkının genişləndirilməsi ilə bağlı işlər görülüb. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililər sökülüb. Bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilib.

Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülüb. Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində yeni park salınır. Burada da mövcud yaşayış və qeyri yaşayış tikililəri sökülüb, abadlıq-quruculuq işləri görülür.

28 May, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin əhatəsində yeni park salınır. Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma işləri sona çatıb və ərazi sakinlərin istifadəsinə verilib.

Bundan başqa, Bakının Səbail rayonunda yerləşən Xaqani bağı da əsaslı təmir olunub. Bağın mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1.4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.

Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə abadlıq və yenidənqurma işləri aparılıb, yeni park salınıb”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri