Bakıda ikimərtəbəli ev yanıb kül oldu
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.
"Yeni Sabah" xəbər verir ki, hadisə nəticəsində evin ikinci mərtəbəsinin 100 kv. m. hissəsi əşyalarla birlikdə tamamilə yanıb.
Hadisə nəticəsində evin birinci mərtəbəsinin bir otağı tamamilə yanıb. Hadisə yerinə FHN-in Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Evin digər otaqları yanğından mühafizə olunub. pizza mizza
FHN-in Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin əməliyyat növbətçisi Elxan Bədəlov bildirib ki, nazirliyin qaynar xəttinə yanğın barədə məlumat saat 21:24-də daxil olub: "Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb".
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./Report
Baxış sayı:99
Bu xəbər 08 İyul 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















