Icma.az
close
up
RU
Bakıda imzalanan sənədlər Azərbaycan Vyetnam münasibətlərinin inkişafına yeni impuls verəcək ŞƏRH

Bakıda imzalanan sənədlər Azərbaycan Vyetnam münasibətlərinin inkişafına yeni impuls verəcək ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 may, AZƏRTAC

Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Səfər çərçivəsində Prezident İlham Əliyev və Baş katib To Lam arasında geniştərkibli və təkbətək görüşlər keçirilib, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Əldə olunmuş razılaşmalar iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” isə münasibətləri daha yüksək mərhələyə daşıyacaq ciddi siyasi sənəddir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Ölkələrimizin iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində prioritetlərdən danışan deputatın sözlərinə görə, Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial mövcuddur. Tərəflər energetika, ticarət, sərmayə qoyuluşu, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əlaqələrin daha da dərinləşdirilməsi barədə razılığa gəliblər. Energetika sahəsində imzalanmış Anlaşma Memorandumu və SOCAR ilə “PetroVietnam” arasında əldə olunmuş razılaşma qarşılıqlı investisiya imkanlarını genişləndirməyə imkan verəcək. Azərbaycanın bərpaolunan enerji sahəsində böyük layihələri icra olunur və bu sahəyə Vyetnam şirkətlərinin də sərmayə qoyması üçün şərait mövcuddur. Azərbaycan tərəfi də öz növbəsində Vyetnamda enerji layihələrinə investisiya yatırmağa hazır olduğunu bəyan edib.

Səfər çərçivəsində ticarət dövriyyəsinin artması və diversifikasiyası ilə bağlı da geniş fikir mübadiləsinin aparıldığını diqqətə çatdıran Müşfiq Məmmədli əlavə edib ki, hazırda Azərbaycan və Vyetnam arasındakı ticarət dövriyyəsi əsasən neft ixracına əsaslanır. Gələcəkdə ticarət dövriyyəsinin daha balanslı və dayanıqlı inkişafı üçün yeni layihələr və investisiya imkanlarının araşdırılması zəruridir.

“Səfər zamanı iki ölkənin müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Hər iki ölkənin müdafiə sənayesi sahəsində təcrübəsi və imkanları mövcuddur və birgə müəssisələrin yaradılması bu sahədə əməkdaşlığı daha da gücləndirə bilər. Bundan əlavə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarətin stimullaşdırılması imkanları müzakirə olunub. Tərəflər bu dəhlizlərin hər iki ölkənin tranzit imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığa töhfə verəcəyini bildiriblər”, - deyə deputat vurğulayıb.

O, iki ölkə arasında elm, texnologiya və rəqəmsal inkişaf sahəsində yeni imkanlardan da danışıb. Bildirib ki, səfər zamanı, həmçinin elm, texnologiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sahədə də potensial kifayət qədər yüksəkdir və birgə layihələrin reallaşdırılması hər iki ölkənin iqtisadiyyatına əlavə dəyər qatacaq. Eyni zamanda, mədəniyyət və arxiv işi sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb. Tərəflər arasında mədəniyyət, incəsənət və turizm sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

“Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkənin BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Vyetnamın dəstəyini yüksək qiymətləndirən dövlətimizin başçısı beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyü və suverenlik prinsiplərinin müdafiəsində vahid mövqedən çıxış etdiklərini qeyd edib”, - deyə Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevlə Vyetnamın dövlət başçısı To Lam arasında keçirilən görüş və imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu səfər təkcə diplomatik münasibətlərin genişlənməsi deyil, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və müdafiə sənayesi sahələrində konkret nəticələr doğuracaq strateji əməkdaşlıq yolunda əhəmiyyətli bir addımdır. İmzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” iki ölkə arasında əlaqələrin yalnız ikitərəfli deyil, həm də regional və beynəlxalq əməkdaşlıq platformalarında daha aktiv şəkildə davam etdirilməsinə imkan verəcək. Xüsusilə beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyü və suverenlik məsələlərində vahid mövqenin nümayiş etdirilməsi tərəflərin siyasi baxımdan tam həmrəyliyini təsdiqləyir.

“İqtisadi sahədəki razılaşmalar isə Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin balanslaşdırılmasına və yeni investisiya layihələrinin reallaşdırılmasına yol açacaq. Energetika, bərpaolunan enerji və nəqliyyat-logistika sahəsində qarşılıqlı investisiyaların qoyulması yaxın gələcəkdə iki ölkə iqtisadiyyatına ciddi töhfə verə bilər. Xüsusilə Azərbaycanın bərpaolunan enerji potensialına Vyetnam şirkətlərinin cəlb olunması və eyni zamanda, SOCAR-ın Vyetnamda sərmayə layihələrinə maraq göstərməsi enerji əməkdaşlığını strateji müstəviyə çıxaracaq. Müdafiə sənayesi sahəsində əməkdaşlıq memorandumu isə regional təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Bu istiqamətdə təcrübə və texnologiya mübadiləsi, həmçinin birgə müəssisələrin yaradılması gələcəkdə regional təhlükəsizlik məsələlərində tərəflərin imkanlarını daha da artıracaq.

Bir sözlə bu səfər Azərbaycan diplomatiyasının Asiya istiqamətindəki siyasətində əlamətdar hadisə kimi tarixə düşəcək. İmzalanmış sənədlər və əldə olunan razılaşmalar yalnız iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi və siyasi maraqlarına xidmət edəcək, Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında strateji tərəfdaşlıq platformasının formalaşmasına töhfə verəcək”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri