Icma.az
close
up
RU
Bakıda İndoneziyanın Müstəqilliyinin 81 ci ildönümünü qeyd edilib

Bakıda İndoneziyanın Müstəqilliyinin 81 ci ildönümünü qeyd edilib

Icma.az bildirir, 525.az portalına istinadən.

İndoneziya Respublikasının Bakıdakı Səfirliyi (KBRI Baku) ölkənin Müstəqilliyinin 81-ci ildönümü münasibətilə bir sıra tədbirlər təşkil edib.

525.az xəbər verir ki, “Suveren, Ədalətli və Rifah İçində İndoneziya” şüarı ilə keçirilən tədbirlər İndoneziya icması arasında həmrəyliyin möhkəmləndirilməsinə, eləcə də Azərbaycan və İndoneziya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edib.

Tədbirlərin əsas hissəsi 17 avqust 2026-cı il tarixində Səfirliyin ərazisində keçirilən İndoneziyanın Dövlət Bayrağının qaldırılması mərasimi olub. İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi mərasimə rəhbərlik edib. Azərbaycanda təhsil alan indoneziyalı tələbələr isə bayraq qaldırma qrupunun tərkibində iştirak ediblər.

Təntənəli mərasim bir dəqiqəlik sükutla başlayıb. Daha sonra İndoneziyanın Müstəqillik Bəyannaməsi, Pancasila və 1945-ci il Konstitusiyasının Preambulası oxunub. Mərasim birgə dua ilə davam edib və minnətdarlıq rəmzi olaraq Müstəqillik Günü tortunun kəsilməsi ilə başa çatıb. Tədbirdə İndoneziya diasporunun nümayəndələri, indoneziyalı peşəkarlar və tələbələr, həmçinin yerli tərəfdaşlar və “İndoneziyanın dostları” iştirak ediblər.

Bayraq qaldırma mərasimindən əvvəl, Səfirlik 15 avqust 2026-cı il tarixində İndoneziyanın Müstəqillik Gününə həsr olunmuş müxtəlif ənənəvi oyunlar da təşkil edib. Böyüklər və uşaqlar üçün açıq olan bu yarışmalar İndoneziyanın Müstəqillik Günü ənənələrinin qorunub saxlanılması və xaricdə yaşayan indoneziyalılar arasında dostluq və həmrəyliyin gücləndirilməsi məqsədi daşıyıb. Yarışların qalibləri bayraq qaldırma mərasimindən sonra elan edilərək mükafatlandırılıblar.

Tədbirlər silsiləsi ənənəvi İndoneziya mətbəxinin nümunələrinin yer aldığı səmimi qəbul mərasimi ilə yekunlaşıb. Qonaqlara “nasi tumpenq”, qızardılmış balıq, “bakso”, “karedok”, qızardılmış toyuq və digər ənənəvi İndoneziya təamları təqdim edilib.

İndoneziya Respublikasının Müstəqilliyinin 81-ci ildönümü münasibətilə keçirilən tədbirlər vasitəsilə səfirlik milli birliyin və həmrəyliyin qorunmasına, diasporun ölkənin tərəqqisinə, suverenliyinə və rifahına beynəlxalq arenada fəal töhfə verməsini təşviq etməyə sadiqliyini bir daha vurğulayıb.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Avqust 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri