Bakıda iranlının narkotiklərini satan tutuldu VİDEO
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 49 yaşlı Fuad Cəfərov tutulub.
Onun idarə etdiyi avtomobildən 29 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq götürülüb.
F.Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə paytaxt ərazisindəki gizli yerdən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Aprel 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















