Icma.az
close
up
RU
Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqTnin nümayəndəsi ilə müzakirə edilib AZƏRTAC

Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqTnin nümayəndəsi ilə müzakirə edilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 dekabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Duli ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə ölkəmizin miqrasiya idarəçiliyi sahəsində əsas beynəlxalq tərəfdaşlarından biri olan BMqT arasında uzun illər ərzində qurulmuş səmərəli və sıx əməkdaşlıqdan bəhs edib. O, xüsusilə ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində insan mobilliyi və iqlim dəyişikliyi mövzusunda bir sıra tədbirlərin birgə təşkilindən məmnunluğunu ifadə edib. Xidmət rəisi COP29-da BMqT-nin “İqlim dəyişikliyi və insan mobilliyi pavilyonu”nun iqlim dəyişikliyi və miqrasiyaya dair innovativ yanaşmaların təqdim edilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.

Vüsal Hüseynov ölkəmizdə miqrasiya ilə bağlı müxtəlif sahələrdə həyata keçirilən bir sıra layihə və təşəbbüslərdə BMqT-nin verdiyi dəstəyi, həmçinin bu sahədə bilik və bacarıqların artırılması üzrə birgə layihələrin uğurla icra edildiyini, buna misal kimi Miqrasiya üzrə Regional Təlim Mərkəzinin fəaliyyətini diqqətə çatdırıb.

Troy Duli isə Dövlət Miqrasiya Xidmətinin BMqT-nin ölkəmizdə əsas tərəfdaşlarından biri olduğunu deyib, COP29 tədbirinin ölkəmizdə yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb. Mövcud münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib, miqrasiya sahəsində birgə layihələrin həyata keçirilməsinin əməkdaşlığın genişləndirilməsində vacibliyini qeyd edib.

Görüşdə “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası üzrə Çempion ölkə qismində, eləcə də Almatı Prosesinə Sədrliyimiz çərçivəsində birgə fəaliyyətlərin icrası və Prosesin növbəti ildə Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili, Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsinin ikinci fazasının həyata keçirilməsi də daxil olmaqla qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri