Icma.az
close
up
RU
Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib

Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib.
Newscenter.az xəbər verir ki, simpozium çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr” mövzusunda təşkil olunmuş panelin spikeri qismində çıxış edib. Çıxış zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalması, onların uzun illər yarımçıq binalarda, zirzəmilərdə, yataqxanalarda ağır və dözülməz şəraitdə məskunlaşması barədə məlumat verilib. Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər görülür.
Birinci vitse-prezident Mehriban Əliyeva da bu məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır, onların rifahının yüksəldilməsinə ardıcıl humanitar dəstək göstərir. Məruzədə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız daxili sabitliyə deyil, bütün regionun təhlükəsizliyinə və sabitliyinə də mühüm töhfə verir. “Böyük Qayıdış” prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yer alıb. Qeyd olunub ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bununla yanaşı, köç prosesinin təşkili, köçkünlərin maarifləndirilməsi və reinteqrasiyası məqsədilə təbliğat-təşviqat işləri, xüsusi qaynar xətt xidmətinin yaradılması kimi təşəbbüslər “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yer alır.
Bildirilib ki, Ermənistan uzun illər işğalda saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və bu da Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu məsələnin beynəlxalq müstəvidə həllinə çalışır və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın mina xəritələrini təqdim etməsi üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu kontekstdə beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqləri artırması zəruri hesab olunur. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Qərbi Azərbaycandan zorla çıxarılmış on minlərlə azərbaycanlı da bu gün hələ də doğma torpaqlarına qayıtmaq hüququndan məhrum vəziyyətdədir. Ermənistanda azərbaycanlılara qarşı aparılmış deportasiya, qəsdən yönləndirilmiş zorakılıq, hüquq pozuntuları və mədəni irsin məhv edilməsi aktları nəticəsində bu əhali qrupu uzun illər boyu beynəlxalq hüququn pozulması şəraitində didərgin həyat sürməyə məcbur qalıb. Təqdimatda vurğulanıb ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya sahəsində dünya miqyasında nümunəvi bir model formalaşdırmaqdadır. Tədbirin sonunda sədr müavini Fuad Hüseynov iştirakçıların qayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını ətraflı şəkildə cavablandırıb.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see171

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see123

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri