Icma.az
close
up
RU
Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır, kimlər alır?

Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır, kimlər alır?

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Hüquqşünas deyir ki, Azərbaycanda gizli kameraların satışını, istifadəsini təşkil edən şəxsləri cərimə ilə yanaşı, həbs cəzası da gözləyir

Ötən həftəsonu Dövlət İmtahan Mərkəzi magistraturalara qəbul imtahanı (1-ci cəhd) keçirib. İlkin məlumatlara əsasən, üç nəfərdə mobil telefon, bir nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric ediliblər.

Qanunsuz mini kameralı eynəklər ilk baxışdan adi bir aksessuar təsirini bağışlasa da, əslində şəxsi məxfiliyi pozmaq və gizli müşahidə aparmaq məqsədilə dizayn edilib. Belə cihazların istifadəsi qanunla qadağan olunsa da, satışı həyata keçirilir. Sosial şəbəkələrdə açıq şəkildə “çatdırılma” xidməti ilə təklif olunan bu eynəkləri almaq istəyən şəxsin qeyd olunan nömrəyə zəng etməsi kifayətdir.

Belə olan halda, bu məhsulların satışı qanunla necə tənzimlənir?

Ölkə.az xəbər verir ki, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, gizli kameraların Azərbaycanda alışı, satışı və istifadəsi qanunla qadağan olsa da, buna məhəl qoymayanlar var: “Sosial şəbəkələrdə gizli kameralar açıq şəkildə satılır. Onlayn satışda istənilən əşyaya gizli kamera yerləşdirərək satışının həyata keçirildiyini deyirlər. Gizli kameralı eynəklər də bu sıradadır. Belə eynəklərlə hiss etdirmədən görüntüləri çəkib, səsləri yaddaşa yazıb sonradan istifadə etmək mümkündür”. Natiq Ələsgərov deyib ki, texnologiyanın inkişafı kameraların ölçülərinin də kiçilməsinə yol açıb: “Kameraların ölçüsü kiçildikdə onlardan ən müxtəlif məqsədlər üçün istifadə edilməsi halları da genişlənib. Artıq gizli kameraların hansı modeldə düzəldilməsi və ya haraya yerləşdirilməsi fantaziya məhsuludur. Səs və görüntüləri yaddaşda saxlayan bu kameraları ağla gələn hər yerdə quraşdırmaq mümkündür: qol saatlarında, qələmlərdə, düymələrdə, divar şəkillərinin üzərində və s. Mini kameralar da daxil olmaqla, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr Azərbaycan Respublikasının ərazisində mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Bununla bağlı Azərbaycan Respublikasının "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanun mövcuddur. Bu isə həmin vasitələrin, qanunun adından da göründüyü kimi, əməliyyat-axtarış orqanlarının əməkdaşları kimi şəxslərə icazə verilməsi deməkdir. Əks halda, sözügedən əşyalardan qanunsuz olaraq istifadə edilməsi və satışı inzibati və cinayət məsuliyyəti yaradır. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün ərizəçi müvafiq sənədlərlə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etməlidir".

Hüquqşünas deyib ki, dünyada bir çox hallarda insanların məxfiliyi gizli kameralar vasitəsilə pozulur. Buna görə də əsasən vəzifəli və ya imkanlı şəxslər, elə sadə vətəndaşlar da şantaj obyektlərinə çevrilə bilir: “Belə deyək də, gizli görüntülərin öz "ovçu"ları var. Amma bunun qarşısını almaq üçün vasitələr də var. Olduğunuz yerdə gizli kameraların olub-olmamasını müəyyənləşdirmək üçün ilk olaraq ətrafa diqqət yetirmək lazımdır. Əgər kameranı məqsədyönlü şəkildə gizlədiblərsə, o, diqqəti yayındırmaq üçün digər əşyaların yanında olacaq. Kondisionerdən tutmuş tüstü ötürücülərinə, otaqdakı şəkillərə, yumşaq oyuncaqlara, saatlara, televizora diqqət yetirmək lazımdır. Həmçinin müasir texnologiyalara diqqət etmək lazımdır. Otaqda internetə qoşulmuş bütün cihazları göstərən proqramlar var. Bu proqramlar leqal və azad satışdadır. Adətən gizli kameralar yerli şəbəkəyə qoşulur, buna görə həmin proqramlarla gizli kameranın qoşulub-qoşulmadığını da görmək mümkündür. Elektromaqnit şüalanması olan peşəkar detektorlardan da istifadə etməklə gizli kameraların gözündən özünüzü qoruya bilərsiniz. Bu cihazlar gizli kameraların yaydığı şüaları axtarıb tapmaq özəlliyinə malikdir".

Müsahibimiz vurğulayıb ki,  smartfondan istifadə etməklə də hotel otağı, mənzilin təhlükəsiz olduğuna əmin olmaq mümkündür: “Bunun üçün smartfonunuzun kamerasını açıb gizli kameranın olduğunu zənn etdiyiniz cihazların, divardakı saatın, fotoların və s. üzərinə tuşlayın. Bu zaman otaq qaranlıq olmalıdır. Gizli kameralar gecəgörmə qabiliyyətinə malik olduğundan infraqırmızı işıq saçır. Adi gözlə görünməsə də, kamera həmin infraqırmızı işığı dərhal aşkar edir. Nəzərə almaq vacibdir ki, bəzi telefonlarda yalnız ön kamera infraqırmızı işığı görə bilir. Smartfonun infraqırmızı işığı görə bilməsini yoxlamaq üçün otaqdakı işığı söndürmək, televizorun pultunu telefonun kamerasına yaxınlaşdırmaq və sonra pultun istənilən düyməsini sıxmağınız lazımdır. Əgər cihaz infraqırmızı işığı görürsə, pultun ön hissəsində qırmızı və ya bənövşəyi işığın yanıb-söndüyünü görəcəksiniz. Smartfonunuzun infraqırmızı işığı gördüyünə əmin olduqdan sonra etməli olduğunuz tək şey otağı mümkün qədər qaranlıq etmək və sonra onun kamerası vasitəsilə hər yeri skan etməkdir. Əgər evdə aktiv kamera varsa, smartfonunuz onu aşkar edəcək. Evinizdə aktiv kameranın olub-olmaması ilə maraqlanırsınızsa, infraqırmızı işıq isə işləmirsə, onda lokal şəbəkəyə qoşulan cihazları yoxlaya bilərsiniz. Hansı cihazların lokal şəbəkəyə qoşulduğunu müəyyən edə bilən bir sıra proqramlar var. Onlardan biri "Fing" adlanır (həm Android, həm də iOS üçün mövcuddur). Əlbəttə ki, bu üsulların heç biri 100 faiz etibarlı deyil. Əgər təhlükəsizliyinizlə bağlı ciddi narahatlıqlarınız varsa, gizli mikrofon və ya kameradan gələn siqnalları qəbul edən radiotezlik detektoru əldə edə bilərsiniz. “Bond Rees” şirkətinin şəxsi müstəntiqi və təhlükəsizlik üzrə eksperti Aaron Bond hotel otaqlarında gizli kameraların əsasən kondisionerlər, rozetkalar, qapı tutacaqları, yumşaq oyuncaqlar, saatlar, kitablar, rəsmlər və otaq bitkiləri arasında gizlədildiyini açıqlayıb. Detektiv “casus cihazı”nı tapmağın ən sürətli yolunun telefonlardakı kamera olduğunu bildirib. Çünki bəzi smartfonlarda kameralar infraqırmızı şüalanmanı aşkar edə bilir. Bu da gizli işləyən cihazları tapmağa kömək edir. Bond onu da əlavə edib ki, otaqda gizli kameraları axtaran qonaqlar “cinayətkar”lar kimi düşünməlidirlər. Əgər onlar belə qurğular aşkar edərlərsə, dərhal hotel işçilərinə və ya sifariş platformasına məlumat verməlidirlər".

Hüquqşünas deyib ki, Azərbaycanda gizli kameraların satışını, istifadəsini təşkil edən şəxsləri cərimə ilə yanaşı, həbs cəzası da gözləyir: “Gizli kameralar mülki dövriyyəsi qadağan olunmuş və mülki dövriyyədən çıxarılmış əşyalar siyahısına aiddir. Buna görə də gizli kameraların satışı, gəzdirilməsi, digər şəxsə verilməsi, satılması, bağışlanması cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə, 200 manatdan 400 manatadək məbləğdə cərimə nəzərdə tutulub. Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə əsasən isə həmin texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:453
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Fevral 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri