Icma.az
close
up
RU
Bakıda kilosu 10 manata satılan meyvə mübahisə yaratdı Bilinməyənlər

Bakıda kilosu 10 manata satılan meyvə mübahisə yaratdı Bilinməyənlər

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göyçay narının qiymətləri bu mövsüm də mübahisələrə səbəb olub. Hazırda bazarda meyvənin kiloqramı 3-10 manat arasında dəyişir. Bəziləri təklif edilən rəqəmin yüksək olduğunu desə də, Göyçay rayon icra başçısının müavini Zivər Zeynalovun izahatı diqqət çəkib.

Sitat: “Bu, Göyçay narıdır, dadı və keyfiyyəti başqadır”.

Mövcud açıqlama isə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Ölkədə istehsal edilən məhsulun bu qədər baha satılması narazılıq yaradıb.

Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, qiymət hər zaman tələbat və alıcının imkanlarına görə formalaşır:

“Məsələn, Göyçayın “Bığır narı” kimi sortlar Rusiyanın ən geniş istehlak bazarına çıxarılır və bəzi hallarda mövsümün əvvəlindən məhsul alınır. Bu zaman bazarda defisit yaranır və yüksək qiymətlər müşahidə edilir. Əgər həmin sort başqa yerlərdə də əkilərsə və bolluq yaranarsa, qiymət enəcək. Yəni brendin, sortun qıtlığı qiymətin bahalaşmasına səbəb olur”.

Fuad İbrahimov

İqtisadçı bildirib ki, hazırda mövcud bahalaşma prosesi bazar iqtisadiyyatı prinsiplərinə tamamilə uyğundur:

“Məsələn, dünyada balığın qara kürüsünün bir kiloqramı xarici bazarda 4-7 min dollar arasında satılır. Biz onun ucuz olmasını istəsək də, biznesmen məhsulu daxili bazarda 1000 manata satacaqmı?! Ərzaq məhsulu olmayan brendlər də eyni prinsip üzrə işləyir – marka artıq əlavə dəyər gətirir və qiymət buna uyğun formalaşır”.

Ekspert vurğulayıb ki, məhsulun bolluğu önəmli faktordur:

“Bazarda başqa problemlər də mövcuddur. Məsələn, məhsulun bazara daxil olması ilə bağlı çətinliklər var. Şəhərin mərkəzində nar və digər meyvələrin qiyməti çox yüksəkdir. Hətta bazarda pomidor da 2-3 manata satılır. Halbuki rayonlarda bu, 50-70 qəpiyə satışa çıxarılır. Bazarda inhisarçılıq halları kifayət qədərdir və bu, məhsulun qiymətinin dayanıqlı şəkildə yüksək qalmasına yol açır. Əgər inhisarçılıq elementi olmasa, sahibkar rahatlıqla Göyçaydan məhsulu götürüb Bakıya gətirə bilər və qiymət hazırkı səviyyədə olmaz”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri