Icma.az
close
up
RU
Bakıda kirayə qalan ailələrə xəbərdarlıq Ay sonuna...

Bakıda kirayə qalan ailələrə xəbərdarlıq Ay sonuna...

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bakıda kirayə mənzil tutmaq ailə büdcəsinin ən böyük xərclərindən birinə çevrilib. Xüsusilə 4 nəfərlik ailələr üçün kirayə haqqına ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunur.

Bəs bir ailənin ayın sonunu borcsuz başa vurması üçün ümumilikdə nə qədər maaşa ehtiyacı var? Bakıda kirayədə yaşayan 4 nəfərlik ailənin minimum aylıq gəliri nə qədər olmalıdır?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Xalid Kərimli Bakıda kirayə qiymətlərinin yaxın dövrdə ucuzlaşmasının real görünmədiyini bildirib: pizza sifarişi

“Bakıda kirayə haqları daha da bahalaşacaq. Bu, demək olar ki, qaçılmazdır. Çünki ölkədə iş imkanlarının daha çox olduğu, infrastrukturun, təhsil müəssisələrinin, dövlət idarələrinin və biznesin daha çox inkişaf etdiyi əsas şəhər Bakıdadır. Ona görə də Bakıda kirayə qiymətlərinin ucuzlaşacağını və ya əmlak bazarında ciddi eniş olacağını düşünmək düzgün deyil.

Bu, yalnız müəyyən hallarda baş verə bilər. Birincisi, iqtisadiyyatda ciddi təlatüm, geriləmə və durğunluq yaranmalıdır. İkincisi, neftin qiyməti kəskin şəkildə aşağı düşməli və iqtisadi vəziyyət pisləşməlidir. Manatla qiymətlərin düşməsi üçün isə iqtisadiyyatda ciddi problem yaranmalı, məsələn, 10-15 faiz civarında geriləmə baş verməlidir. Belə vəziyyətdə insanlar gəlir əldə edə və xərcləyə bilmədikləri üçün qiymətlər kəskin şəkildə aşağı düşə bilər”.

Ekspertin sözlərinə görə, 2026-cı ildə 4 nəfərlik ailə üçün yaşayış minimumu 1200 manatdır, amma bu məbləğə kirayə xərci daxil deyil:

“Dollar ifadəsində qiymətlərin azalması isə manatın devalvasiyasından sonra baş verə bilər. Məsələn, mənzilin qiyməti manatla 200 min olaraq qala bilər, amma devalvasiyadan sonra onun dollar ifadəsindəki dəyəri 200 min deyil, 120 min və ya 80 min dollara düşə bilər.

Yaşayış minimumuna gəlincə, hökumətin hesablamalarına görə, 2026-cı ildə bir nəfər üçün yaşayış minimumu 300 manat təşkil edir. Gələn il bunun artırılaraq təxminən 315 manat səviyyəsinə çatdırılması gözlənilir. Dörd nəfərlik ailə üçün isə 2026-cı ildə yaşayış minimumu 1200 manatdır. Lakin bu məbləğin hesablanmasına kirayə xərci daxil deyil. Yəni hesablamada ailənin öz evində yaşadığı nəzərə alınır.

Halbuki Azərbaycanda bir çox insan iş imkanlarına görə Bakıya gəlir və burada kirayə ev tutmağa məcbur olur. İnsan Bakıya iş tapmaq üçün gəlir və kirayə xərci yüksək olsa belə, burada yaşamağın vacib olduğunu düşünür. Çünki ölkənin digər bölgələrində yaxşı iş və yüksək əməkhaqqı imkanları məhduddur”.

X.Kərimliyə görə, yeni tikililərin azlığı və torpaq sahələrinin bahalaşması qiymətləri get-gedə  artırır:

“Burada əsas problem qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsidir. Buna görə də Bakıda mənzil və kirayə qiymətlərinin artması davam edə bilər. Mən hesab edirəm ki, kirayə qiymətləri hələ də artacaq. Əsas səbəblərdən biri yeni binaların tikintisinin tələbatı tam qarşılamamasıdır. Qiymətlər adətən bazarda təklif çox olanda aşağı düşür. Amma Bakının mərkəzində yeni yaşayış binalarının tikintisi üçün boş torpaq sahələri demək olar ki, qalmayıb. Mövcud torpaq sahələri də kifayət qədər bahalaşıb.

Bundan başqa, tikinti standartları əvvəlki illərlə müqayisədə daha ciddi tətbiq olunur. Əvvəllər binalar bir-birinə çox yaxın tikilirdisə, indi onların arasında məsafə, məktəb və digər sosial obyektlərin təmin olunması ilə bağlı tələblər var. Tikinti materiallarının və daşınma xərclərinin bahalaşması da mənzil qiymətlərinə təsir edir.

Ona görə də Bakıda yeni tikilən mənzillərin maya dəyərinin aşağı düşməsi real görünmür. Müəyyən dövrdə qiymətlərin artmaması mümkündür, amma ciddi ucuzlaşma gözləmək çətindir”.

O, qeyd edib ki, mənzil qiymətləri hər il 10-12 faiz artır və bu il artım zəifləsə də, ucuzlaşma gözlənilmir:

“Bəzən fərdi satıcılar mənzilin qiymətini real bazar dəyərindən xeyli yüksək müəyyənləşdirirlər. Məsələn, 100 min manatlıq mənzilə 300 min manat qiymət qoyurlar, sonra həmin qiymətə alıcı tapılmadıqda yenidən 100 min manata endirirlər. Bu, əslində, bazarda qiymətin düşməsi deyil, sadəcə fərdi satıcının əvvəlcə real olmayan qiymət müəyyənləşdirməsidir. Ümumilikdə isə görürük ki, orta mənzil qiymətləri hər il təxminən 10-12 faiz bahalaşır. Bu il artım tempi bir qədər aşağı ola bilər, amma qiymətlərin ümumi olaraq düşməsindən söhbət getmir.

Mənim fikrimcə, Bakıda orta səviyyədə yaşamaq və kirayə mənzil tutmaq üçün insanların gəlirləri ilə mövcud xərclər arasında ciddi fərq var. Bu baxımdan, həm insanların real gəlirləri, həm də dövlətin müəyyən etdiyi yaşayış minimumu nəzərə alınmalıdır”.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri