SON DƏQİQƏ: “Qarabağ”ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR! KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Bilindiyi kimi, Misli Premyer Liqasının 10-cu turunda keçirilən “Qəbələ” – “Qarabağ” qarşılaşmasının (0:0) gedişində qonaqların iki futbolçusu arasında mübahisə yaşanıb.
Mateus Silva və Marko Yankoviç söz davasına çıxıb. Komanda yoldaşları onları güclə sakitləşdirib. Qurban Qurbanov isə fasilədə hər iki oyunçunu əvəzləyib.
“Qarabağ”ın baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında futbolçuların cəzalandırılacağını vurğulayıb:
“Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük.
Onlar komanda yoldaşı və dostdurlar. Həmişə bir yerdədirlər, bir-birlərinə müsbət münasibət bəsləyirlər. Hadisəni tam araşdırmamışam.
Ola bilər ki, oyunda onları əsəbiləşdirən hansısa məqam olub. Bunu hələ bilmirik. Amma yüz faiz cəzalandırılacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir”.
Əldə etdiyimiz son dəqiqə məlumatına görə, Mateus Silva və Marko Yankoviçin qeyri-müəyyən müddətə əsas komandadan uzaqlaşdırılması gözlənilir.
Yol verdiyi yanlış hərəkətlərə görə bu cütlüyün əvəzedici heyətə “sürgün” olunması gündəmdədir. Üstəlik, tərəflər böyük miqdarda cəriməni gözlərinin altına almalıdırlar.
Hər halda Qurban Qurbanov onları bağışlamayacağını özlərinə bildirib. Təcübəli mütəxəssis daxili nizam-intizam kodeksinə əsasən, sərt tədbir görəcəyini diqqətlərinə çatdırıb.\\SPORTİNFO.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 31 Oktyabr 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















