Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə işgəncə verdi
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Bakıda sevgilisinə davamlı olaraq işgənc verən həbs edilib.
Modern.az-ın xəbərinə görə, 37 yaşlı Elçin Qəmbərov (şərti adla) 2 ilə yaxındır bir yerdə yaşadığı qadını dəfələrlə döyüb, eləcə də fiziki və psixi işgəncələr verib.
İttiham aktına görə, Elçin ondan icazəsiz ad günü məclisinə getməsinə görə yumruqla sevgilisi Günayın (şərti adla) baş və bədəninin müxtəlif nahiyələrinə çoxlu zərbələr vuraraq, xəsarətlər yetirib. Bundan başqa o, bir neçə dəfə qısqanclıq, həmçinin Günayın ondan ayrılmaq istəməsi səbəbilə qadını yumruq və təpik zərbələri ilə döyüb. Həmçinin dəmir tava ilə Günayın əllərinin üstün və bud nahiyələrinə çırparaq, fiziki işgəncə verib.
Fakt əsasında Elçin Qəmbərov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, həmçinin ağır iztirablar verməklə qəsdən sağlamlığa az ağır zərər vurma) və 133.2.6.-cı (işgəncə vermək) maddələri ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində günahını boynuna almayıb. O, sevgilisinə işgəncə vermədiyini dilə gətirib.
Zərərçəkən qadın isə Elçinlə bir-birlərini çox sevdiklərini, sevgilisini bağışladığını bildirib. Onun sözlərinə görə, hər ikisi bir dəfə ailəli olub ayrılıblar. Hər birinin də 2 övladı var. Günay bildirib ki, bir-birilərini çox istəsələr də, ailələri evlənmələrinə razı olmur. Bu şikayəti də ailəsinin təkidi ilə verib. Günayın sözlərinə görə, Elçin həbsdən çıxandan sonra münasibətlərini rəsmiləşdirəcəklər.
O, Elçin Qəmbərova qarşı şikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə Elçin Qəmbərov 1 il 7 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
İlyas Turan
Baxış sayı:100
Bu xəbər 27 Sentyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















