Icma.az
close
up
RU
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü Hər mesaja bir SİLLƏ

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü Hər mesaja bir SİLLƏ

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakıda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.

39 yaşlı Fərid Nəcəfov (ad və soyad şərtidir) yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Nigarı (şərti adla) əl və ayaq zərbələri ilə döyərək, xəsarətlər yetirib. İttiham aktına görə, hadisəyə səbəb Nigarın ərindən gizli özünə yeni telefon alması və ətir alveri ilə məşğul olması olub.

Zərərçəkənin şikayəti əsasında Fərid polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, fəhlə işləyərək gəlir əldə edir:

“Həmin gün işə getmədiyim üçün evdə olmuşam. Evin yataq otağına daxil olanda arvadımın əlində əvvəllər görmədiyim yeni mobil telefon olduğunu görərək, ondan telefonun kimə məxsus olduğunu soruşdum. Nigar da məndən xəbərsiz ətir satışı ilə məşğul olduğunu, bu səbəbdən gizli şəkildə yeni mobil telefon alaraq işlətdiyini etiraf etdi. Bu zaman aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilməyib əlimlə və ayağımla Nigarın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurdum. Bundan sonra o, ağlayaraq qonaq otağına getdi, özüm də sakitləşmək üçün yataq otağında qaldım. Sonradan Nigarla boşanmaq qərarına gəldiyimiz üçün arvadım valideyinlərinin yaşadığı evə, özüm də valideyinlərimin yanına Mingəçevirə getdim. Bu hadisədən sonra arvadıla telefonla danışdıq, lakin qadın onu döydüyüm üçün üzr istəməyəcəyim təqdirdə döyülməsi ilə əlaqədar polisə şikayət edəcəyini bildirdi. Buna görə telefonda da onunla mübahisə etdim. Bir müddət sonra isə arvadımın məndən polisə şikayət etdiyini öyrəndim”.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, arvadı yüngül həyat tərzi sürən rəfiqəsi ilə yazışıb. Buna görə də, Nigara hər mesaja görə 1 olmaqla, ümumilikdə 20 sillə vurub. Fərid Nəcəfov əməlindən peşman olduğunu bildirib.

Zərərçəkən Nigar da həmçinin ərinə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Fərid Nəcəfov məsuliyyətdən azad olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 İyul 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri