Icma.az
close
up
RU
Bakıda kişini intim görüntüləri ilə şantaj edənlərə HÖKM OXUNDU

Bakıda kişini intim görüntüləri ilə şantaj edənlərə HÖKM OXUNDU

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakıda kişini intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunan Fəyyaz Səlimov, Əli Məmmədov, Nazlı Qılıcova və Dilşad Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Milli.Az xəbər verir ki, məhkəmə Fəyaz Səlimovun 8 il, Əli Məmmədovun 5  il, 6 ay, Nazlı Qılıcova 5 il, 5 ay, 28 gün, Dilşad Əhmədova 5  il, 5  ay, 28 gün azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, ittihama görə, Bakı şəhər sakini X.Qulamov tanımadığı şəxslər tərəfindən hədələnməsi barədə Xəzər rayon Polis İdarəsinə müraciət edib. O bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla  münasibətdə olan zaman videoları lentə alınıb.

Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi onlara görüntülərin yayılmaması müqabilində 3 000 manat pul verdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 40 yaşlı Fəyaz Səlimov, 38 yaşlı Əli Məmmədov və dəstənin daha iki qadın üzvü Nazlı Qılıcova və Dilşad Əhmədova saxlanılıblar.

Onların barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri