Bakıda köşkdə aksiz markasız siqaret satan şəxsə hökm oxundu
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sabunçu Rayon Məhkəməsində aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satmada təqsirləndirilən Qurban Fərəcovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il müddətə tütün məmulatlarının satışı ilə məşğul olma hüququndan məhrum edilməklə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
İttihama görə, Qurban Fərəcov istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə əldə etdiyi aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan, nişanlanmamış 950,50 manat dəyərində 345 qutu tütün məmulatlarını 7 avqust 2024-cü ii tarixədək sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu Mehdi Hüseynzadə küçəsində yerləşən köşkdə satış məqsədilə saxlayıb. Sonra həmin tütün məmulatları aidiyyəti orqan əməkdaşları tərəfindən keçirilən tədbiri zamanı aşkar olunaraq götürülüb.
Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov


