Icma.az
close
up
RU
Tarixdə potensial olaraq ən böyük məlumat sızması 16 milyard şifrə ələ keçirilib, necə qorunmaq olar?

Tarixdə potensial olaraq ən böyük məlumat sızması 16 milyard şifrə ələ keçirilib, necə qorunmaq olar?

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixdə potensial olaraq ən böyük məlumat sızması son günlər media məkanında geniş müzakirələrə səbəb olub. “Cybernews” tədqiqatçılarının məlumatına görə, 16 milyard hesaba aid istifadəçi adı və şifrə ictimaiyyət üçün əlçatan vəziyyətə düşüb. Bu da o deməkdir ki, planetin hər bir sakini üçün orta hesabla iki sızdırılmış hesab mövcuddur.

Bizimyol.info şirkətə istinadən xəbər verir ki, Kaspersky mütəxəssisləri panikaya düşməməyə və eyni zamanda potensial təhlükəni diqqətdə saxlamağa çağırır. Hazırda sızmanın həqiqiliyinə dair heç bir təsdiqin olmamasına və kibertəhlükəsizlik üzrə mütəxəssislərin təhlil üçün məlumat bazasına giriş əldə etməməsinə baxmayaraq, insident mühüm sual doğurur – biz məlumat oğurluğuna nə dərəcədə hazırıq və ona düzgün reaksiya verməyi bilirikmi?

"Məlumatlarınız məhz bu məlumat bazasında olmasa belə, irimiqyaslı sızma faktının özü rəqəmsal gigiyenaya münasibətinizi yenidən nəzərdən keçirmək üçün yaxşı səbəbdir. Biz şifrələrin oğurlanmasına yönəlmiş hücumların durmadan artdığını görürük - təkcə son bir ildə onların sayı 21% çoxalıb. Bu o deməkdir ki, təhlükə getdikcə daha da yaxınlaşır və hər kəsə aidiyyəti var", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

Kaspersky mütəxəssisləri indiki məqamda bunları etməyi tövsiyə edirlər:

Şifrələrinizi yeniləyin. Məlumatlarınızın sızdığına əmin deyilsinizsə belə, təhlükəsizlikdən əmin olmaq daha yaxşıdır. Şifrə üçün uzun, unikal və mürəkkəb kombinasiyalardan istifadə edin.Saxlanmış şifrələri brauzerlərdən silin. Şifrələrin brauzerdə saxlanması risklidir. Xüsusi şifrə menecerindən istifadə etmək daha yaxşıdır.“Kaspersky Password Manager” proqramını quraşdırın. O, yalnız şifrələri etibarlı şəkildə saxlamır, həm də mürəkkəb kombinasiyalar yaratmağa, onları avtomatik daxil etməyə və ikifaktorlu autentifikasiyanı idarə etməyə kömək edir.İkifaktorlu autentifikasiyanı (2FA) aktivləşdirin. Bu, hətta şifrəniz oğurlansa belə sizi xilas edə biləcək əlavə qorumadır.Messencerlərin təhlükəsizliyini yoxlayın. “WhatsApp” və “Telegram”da əlavə müdafiə səviyyələri quraşdırın.“Passkeys” texnologiyasını öyrənin. Bu, “Google”, “Apple” və digər əsas platformalar tərəfindən dəstəklənən şifrəsiz təhlükəsiz avtorizasiyanın yeni üsuludur.

Şirkətin məlumatına görə, şifrə oğurluğu ilə bağlı hücumların sayı il ərzində 21% artıb. Təhdidlər həm fərdi istifadəçilərə, həm də biznesə aiddir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri