Icma.az
close
up
RU
Bakıda kuryer işləyən türk tələbənin ölümünün səbəbkarı taksidir? Ailəsi narazıdır VİDEO

Bakıda kuryer işləyən türk tələbənin ölümünün səbəbkarı taksidir? Ailəsi narazıdır VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Yasamal rayonunda moto kuryerin ölümü ilə nəticələnən yol qəzası anbaan müşahidə kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 8-də saat 08:07 radələrində Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. “20 Yanvar” metrosu istiqamətində hərəkətdə olan 99-F-694 dövlət nömrə nişanlı “Jıanshin” markalı motosikletin sürücüsü anidən idarəetməni itirir və nəqliyyat vasitəsini yol kənarındakı bardürə çırpır. Nəticədə motosikletdən düşən sürücü bir neçə dəfə yüksək zərbə ilə ağaca dəyir və yerə yıxılır. Sürücü dəbilqədən istifadə etmədiyi üçün başından aldığı ağır xəsarətdən hadisə yerində ölür. Kadrda motosikletlə eyni zolaqda hərəkət edən “Hyundai Sonata” markalı maşının olduğu aydın şəkildə görünür. Hətta görüntüdə taksi fəaliyyəti ulə məşğul olan sürücünün avtobus zolağına girdiyi və qəzadan sonra sol zolağa keçid etdiyi aydın şəkildə əks olunur. 
Qeyd edək ki, ölən sürücü Halvalı Furkan adlı türk vətəndaşı Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr və dünya iqtisadiyyatı fakültəsində təhsil alırdı və kuryer fəaliyyətiylə məşğul olurdu.
Qəza ilə bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə araşdırma başlanılıb. Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Ceyhun Mircavadlı Cinayət Prosessual Məcəlləsinin 85.1 və 106-cı maddələrini rəhbər tutaraq qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon Prokurorluğuna yönləndirib. 

Ölən sürücünün qardaşı Halvalı Yunus Əmrə Avtosfer.az-a açıqlamasında qəbul olunmuş ilkin qərardan narazılığını bildirərək qəzaya “Hyundai”markalı avtomobilin sürücüsünün səbəb olduğunu qeyd edib: “Müstəntiqin qərarı ilə razı deyilik. Əgər taksi digər zolaqla hərəkətdə olsaydı, ya da düz getsəydi qəza olmayacaqdı. Amma videoda da aydın görünür ki, sürücü motosikleti qəsdən sıxışdırır. Bu səbəbdən taksi sürücüsü ətraflı şəkildə sorğu-sual edilməli və həbs olunmalıdır. Yenə də qardaş ölkə Azərbaycana güvənimiz sonsuzdur. Ümid edirik ki, sonda ədalətli qərar qəbul olunacaq”. 

“İnstagram”da yaradılmış “Kuryerlər Birliyi” qrupunun admini Əziz Vələdov Avtosfer.az-a açıqlamasında qəzanın görüntülərini sosial şəbəkədə paylaşdığını və “Hyundai” markalı maşındakı müştəri qismində olan sərnişinin hadisə ilə bağlı ona məlumat verdiyini bildirib. Şahid bildirib ki, qəza baş verməzdən öncə moto kuryerlə taksi sürücüsü arasında yol üstündə mübahisə baş verib. Onun iddiasına görə, kuryer avtomobilin güzgüsünü vurub və ona iradını bildirən sürücüyə qarşı nalayiq ifadələr işlədib. Ardınca əsəbiləşən sürücü yol boyu onu təqib edərək sıxışdırıb və qəza törətməsinə səbəb olub. Sərnişin, hətta qəza baş verdikdən sonra sürücünün “Məni təhqir edib mübahisə elədiyi üçün yaxşı ki, qəzaya düşdü” deyərək ərazidən uzaqlaşdığını qeyd edib. Lakin sürücünün hadisə zamanı kuryerin ölməsi ilə bağlı məlumatı olmayıb. 

Nərmin


 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri