Icma.az
close
up
RU
Ən böyük nüvə stansiyası fəlakətdən sonra yenidən açılır

Ən böyük nüvə stansiyası fəlakətdən sonra yenidən açılır

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Fukuşima fəlakətindən sonra 2012-ci ildən fəaliyyətini dayandıran dünyanın ən böyük nüvə elektrik stansiyası - Kaşivazaki-Karivadakı reaktorlardan birinin yenidən işə salınması planı Yaponiyada geniş müzakirələrə səbəb olub.

Reyting.az xəbər verir ki, Yaponiyanın Niigata prefekturasında yerləşən Kaşivazaki-Kariva nüvə elektrik stansiyası ətrafında aktivlik artıb. Əsas yolların genişləndirilməsi işləri davam etdiyi bir vaxtda stansiyanın girişində təhlükəsizlik tədbirləri gücləndirilib. Ərazi tikanlı məftillərlə əhatə edilib, polis bölmələri isə sahil xətti boyunca patrul xidmətini intensivləşdiriblər.

Yeddi reaktorun hamısı istismarda olduğu halda 8,2 giqavatt elektrik enerjisi istehsal etmək gücünə malik olan və milyonlarla ev təsərrüfatını enerji ilə təmin edən Kaşivazaki-Kariva stansiyası 2011-ci ildə baş verən “Fukuşima Daiiçi” nüvə qəzasından sonra 2012-ci ildə bağlanıb. Həmin hadisə Çernobıl fəlakətindən sonra dünyanın ən böyük nüvə qəzası kimi tarixə düşüb.

O vaxtdan bəri stansiyada elektrik enerjisi istehsal olunmayıb. Tokiodan təxminən 220 kilometr məsafədə yerləşən bu obyekt “Fukuşima” stansiyasını da idarə edən “Tokyo Electric Power Company” (TEPCO) tərəfindən istismar olunur. Qəzanın 15-ci ildönümünə bir neçə həftə qalmış TEPCO yerli əhalinin etirazlarına baxmayaraq, yeddi reaktordan birini yenidən işə salmağa hazırlaşır.

Yaponiyanın ictimai yayımçısı NHK-nın məlumatına görə, TEPCO həftəsonu aparılan avadanlıq sınaqları zamanı siqnalizasiya sistemində yaranan nasazlıq səbəbindən reaktorun yenidən işə salınmasını müvəqqəti olaraq təxirə salıb. Bununla belə, reaktorun yaxın günlərdə yenidən fəaliyyətə başlaması gözlənilir.

Yaponiya hökuməti bu addımı emissiya hədəflərinə çatmaq və enerji təhlükəsizliyini gücləndirmək məqsədilə nüvə enerjisinə qayıdış strategiyasının mühüm tərkib hissəsi kimi qiymətləndirir. Lakin stansiya ətrafında yaşayan təxminən 420 min nəfər ciddi narahatlıq keçirir. Mümkün qəza halında təxliyə olunmalı olan yerli sakinlər, xüsusilə qış aylarında güclü qar səbəbindən yolların bağlanmasının böyük risk yaratdığını vurğulayırlar.

N. ORUCOV


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri