Bakıda “Lipid Məktəbi” keçirilib Müasir strategiyalar müzakirə olunub
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Lipid Məktəbi – Dislipidemiyaların idarə olunmasında müasir strategiyalar” adlı elmi-praktik tədbir keçirilib.
“AzPolitika” xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, səhiyyə müəssisələrinin rəhbərləri, kardioloqlar və digər tibb mütəxəssisləri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev ürək-damar xəstəliklərinin profilaktikasında dövlət siyasətinin əhəmiyyətindən danışıb. O, risk amillərinin vaxtında müəyyənləşdirilməsinin və önləyici tədbirlərin həyata keçirilməsinin səhiyyə sisteminin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova isə çıxışında dislipidemiyaların erkən aşkarlanmasının, lipid göstəricilərinə nəzarətin və müasir müalicə metodlarının tətbiqinin ürək-damar ağırlaşmalarının qarşısının alınmasında həlledici rol oynadığını vurğulayıb: “Ürək-damar xəstəlikləri ilə mübarizədə uğurlu nəticə əldə etmək üçün yalnız xəstəliyin mövcud mərhələsində müalicə aparmaq kifayət deyil. Risk faktorlarının vaxtında müəyyənləşdirilməsi, onların düzgün idarə olunması və müasir tibbi yanaşmaların tətbiqi xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır”.
Tədbirdə Yeni Klinikanın direktoru Zəhra Vəzirova da çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb.
Konfransın elmi hissəsində mütəxəssislər tərəfindən aşağıdakı əsas istiqamətlər üzrə müzakirələr aparılıb:
Dislipidemiyaların müasir diaqnostikası və lipid göstəricilərinin qiymətləndirilməsi;
Aterosklerozun inkişaf mexanizmləri və müasir lipidazaldıcı terapiya üsulları;
İnfarkt və insult riskinin azaldılması, o cümlədən ürək-damar hadisəsi keçirmiş pasiyentlərdə təkrar ağırlaşmaların profilaktikası;
Beynəlxalq klinik tövsiyələrin gündəlik tibbi praktikada tətbiqi üzrə təcrübə mübadiləsi.
Tədbirin xüsusi qonağı – Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva da iştirakçılar qarşısında çıxış edib. O, dünyanın ən uca zirvəsinə gedən yolda qarşılaşdığı sınaqlardan, düzgün hazırlığın və iradənin böyük məqsədlərə çatmaqdakı rolundan danışıb.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 21 Noyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















