Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəzər dənizinin dayazlaşması və səviyyəsinin dəyişməsi bütün Xəzəryanı dövlətlərdə narahatlıq doğurur.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Süni intellekt dünyasına səyahət" konfransında məktəblilər və tələbələrlə görüş zamanı bildirib.
"Xəzər dənizinin səviyyəsi gah enir, gah qalxır. İndi getdikcə daha çox enir. Bu, Xəzər regionunun bütün ölkələrində narahatlıq doğurur", - o qeyd edib.
Putin narahatlıq doğuran digər ekoloji amil kimi Aral dənizinin qurumasını qeyd edib və hazırda ora suyun son dərəcə yavaş qayıtdığını bildirib. O vurğulayıb ki, Xəzərin, həmçinin Aral dənizinin öyrənilməsi müasir tədqiqatçıların qarşısında duran mühüm və çox qlobal vəzifədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Noyabr 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















