Icma.az
close
up
RU
Bakıda məktəblərində GƏZƏN təhlükə: Uşaq qaçırılması iddialarının arxasında nə durur?

Bakıda məktəblərində GƏZƏN təhlükə: Uşaq qaçırılması iddialarının arxasında nə durur?

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Valideynlər bu tip xəbərlərə qarşı daha ayıq və analitik yanaşmalıdır. Məlumatın rəsmi mənbələrdən təsdiqlənməsini gözləmədən yayılması həm digər valideynlər arasında gərginlik yaradır, həm də hüquq-mühafizə orqanlarının işinə mane ola bilər”


Son günlərdə sosial şəbəkələrdə Bakıda müxtəlif məktəblərin ətrafında təhlükəli adamların müşahidə edilməsinə dair iddialar yayılıb. 

Xüsusilə valideyn qruplarında naməlum şəxsin azyaşlıları qaçırması və ya əxlaqa uyğun olmayan təkliflər etməsi barəsində səs yazıları yayılır. Hətta çadralı şəxsin üzünün görünmədiyi video da paylaşılaraq bu şəxsin əslində kişi olduğu və uşaqları oğurladığı iddia edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub.

Xanımın hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib.

Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, bu məsələ təkcə informasiyanın doğruluğu ilə bağlı deyil, ümumilikdə məktəblərdə təhlükəsizlik sisteminin hansı səviyyədə qurulduğunu, bu sistemin hüquqi və texnoloji təminatlarını, valideynlərin və cəmiyyətin məlumatlandırma mexanizmlərini sual altına salır.

Məktəblərdə uşaq oğurluğu ilə bağlı xəbərlər bəzən əsassız olsa da, onların yayılması cəmiyyətdə təhlükə hissini gücləndirir və bu, idarəetməyə inamı zədələyir. Valideynlər övladlarının məktəbdə təhlükəsizliyinə tam əmin olmadıqları üçün məktəbə buraxılış proseslərində aktiv nəzarət həyata keçirməyə başlayır, bu isə təhsilin mühiti və idarəetməsində xaosa səbəb olur. Məsələn, məktəb qarşısında toplaşan valideyn izdihamı, müəllimlərin girişdə əlavə yoxlamalar aparması, məktəb rəhbərliyinin gün ərzində valideynlərlə gərgin ünsiyyətdə olması tədris prosesinə mənfi təsir göstərə bilər. Təhlükəsizlik hissi olmayan yerdə nə tədris, nə pedaqoji inkişaf, nə də sosial etimad mümkündür. Məktəblər bu gün təkcə dərs deyil, həm də həyatın qorunduğu, uşaqların rahat nəfəs aldığı yerə çevrilməlidir. Əks halda, valideynlərin təşvişi reallığa çevrilə bilər.

Psixoloqların fikrincə, bu cür iddiaların cəmiyyətə təsirini, psixoloji yükünü və faktoloji əsaslarını həm təhlükəsizlik, həm də psixoloji aspektdən qiymətləndirmək vacibdir. Mövzu ilə bağlı müxtəlif platformalarda fikirlərini bölüşən ictimaiyyət nümayəndələri isə hesab edir ki, uşaq oğurluğu faktı öz təsdiqini tapmasa belə, bu, valideynlərin narahatlığının əsassız olduğu anlamına gəlməməlidir.

Qeyd etdiyimiz kimi uşaq oğurluğu məsələsi də yalnız hüquqi deyil, həm də sosial və psixoloji məsələdir. 


Bu mövzuda fikirlərini Sherg.az-la bölüşən sosioloq Mətanət Məmmədova bildirib ki, ölkədə bu və bu kimi hadisələr baş verəndə onun qarşısının alınması, araşdırılması, hər hansı hadisəni törədən şəxsin cinayətə cəlb olunması dərhal Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, son günlərdə məktəblərin ətrafında təhlükəli şəxslərin görünməsi haqqında da DİN əməkdaşlarına məlumat verilib və araşdırma zamanı məsələnin heç də düşünüldüyü kimi olmadığı aşkar edilib:

seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 May 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri