Bakıda məktəblilər erkən nikahın fəsadlarına dair maarifləndirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 16 dekabr, AZƏRTAC
Bakı məktəblərində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə rayon icra hakimiyyətləri və polis idarələrinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Maarifləndirici tədbirlərdə iştirakçılara erkən nikah və qohum evliliyi, müvafiq problemlərin səbəbləri, fəsadları, bu məsələlərə dünyada və ölkəmizdəki yanaşmalar, qanunvericilik aktları və bu sahədə həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Çıxışlarda erkən nikahın sosial-psixoloji fəsadları, qohum evliliyinin səbəb olduğu ağır nəticələr və bu problemlərin gənc nəsil üçün yaratdığı təhlükələrdən danışılıb.
Həmçinin tədbirlərdə iştirakçılara erkən nikahın qarşısının alınması üçün əsas məqamlar barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 16 Dekabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















