Bakıda Mercedes GL450 sürücüsü sərxoş vəziyyətdə yaxalandı
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
0:00 / 0:00x1
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etBakıda “Mercedes-Benz GL450” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü məhkəmənin qərarı ilə 400 manat cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, 1998-ci il təvəllüdlü Bakı şəhər sakini Zamanov Kənan Musa oğlu barəsində Bakı Şəhər Baş Polis İdarəsinin təqdim etdiyi inzibati materiala Nərimanov Rayon Məhkəməsində baxılıb.
Məhkəmə materiallarında qeyd olunur ki, Kənan Zamanov 2026-cı ildə “Mercedes-Benz GL450” markalı, -RF-\* dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edib.
Sürücünün sərxoşluq vəziyyəti xüsusi texniki vasitə ilə yoxlanılarkən qanda alkoqolun miqdarı 0,856 faiz müəyyən edilib. Kənan Zamanov spirtli içki qəbul etdiyini etiraf edərək həkim müayinəsinə ehtiyac duymadığını bildirib.
Məhkəmə onun təqsirinin inzibati protokol, tibbi müayinə qəbzi və digər sənədlərlə təsdiqləndiyini qeyd edib.
Nəticədə Zamanov Kənan Musa oğlu İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimələnib.
Aydın
Baxış sayı:79
Bu xəbər 17 Noyabr 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















