Icma.az
close
up
RU
Bakıda məşhur biznesmenin evində qətl: “Qatil onu zorlamışdı?...“ ŞOK DETALLAR

Bakıda məşhur biznesmenin evində qətl: “Qatil onu zorlamışdı?...“ ŞOK DETALLAR

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il avqustun 23-də iş adamı Emil Ağacanovun Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi Muradova İradə Oleq qızı xüsusi amansızlıqla qətlə yetirilib. Zərərçəkmiş şəxsin bacısı Rəna Muradova Oleqovna istintaqın obyektiv araşdırılmasını istəyir.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, R.Muradova bacısı İradə Muradovanın 2025-ci il avqustun 23-də Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyin bildirib.

“Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi və kifayət qədər maddi imkana malik olan şəxsdir. Bacım “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışırdı. Bu səbəbdən Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bacımın öldürülməsi ilə bağlı istintaqın obyektiv aparılmasına kifayət qədər əsaslı şübhələrim var. Bacımı qətlə yetirən şəxsin əməlinə, o cümlədən hadisə yerinə gələn qatilin yaxın qohumlarının hərəkətinə düzgün hüquqi qiymət verilməyib. İstintaq tərəfindən verilmiş nəticələr hadisənin real şəraitinə uyğun gəlmir və etibarlı hesab oluna bilməz” - o deyib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs ona bədən xəsarətləri yetirib və sonda onu qışqırdığı üçün (bu, təqsirləndirilənin öz etirafında qeyd olunmuşdur) boğaraq qəsdən həyatdan məhrum edib:

“Buna baxmayaraq, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (ağırlaşdırıcı hallarsız adam öldürmə) ilə məsuliyyətə cəlb olunub. Qanunvericiliyin tələblərinə əsasən istintaq hərtərəfli, tam və obyektiv aparılmalıdır, lakin praktikada istintaq formal şəkildə həyata keçirilir. İş üzrə təyin olunmuş ekspertiza rəyi hadisənin reallığı əks etdirmir”.

Zərərçəkmiş deyib ki, yaxın qohumlarla birlikdə meyiti tanımaq üçün morqa gedəndə bacısının bədənində çoxsaylı xəsarətlər aşkar edilib:

“Baş nahiyəsində travma, burun sınığı, hər iki əlindəki bütün dırnaqlar qırılmışdı, bədənin müxtəlif hissələrində çoxsaylı hematomalar vardı, sağ əl biləyi təbii vəziyyətdə deyildi (öldürülən şəxs həyatını qorumaq üçün mübarizə aparmışdı). Bu qədər amansız döyülmədən sonra qatil bacımı boğaraq öldürmüşdür. Lakin sadalanan xəsarətlərin heç biri məhkəmə-tibbi ekspertiza aktında öz əksini tapmamışdır. Həmçinin bizə tanınma protokolu da təqdim edilməmişdir. Biz Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri doktor Cavidlə şəxsən görüşmüşük, lakin o, bizə aydın cavab verməyib”.

O, müxtəlif instansiyalara müraciət etdiyini söyləyib:

“Yasamal rayon prokuroru Elman Süleymanova, Bakı şəhər Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəis müavini baş ədliyyə müşaviri Ramazan Xadiyevə, Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini ədliyyə müşaviri Rəşid Bayramova, Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Toğrul Muxtarova, həmçinin mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamallıyə müraciət etmişəm. Müraciətlərimdə qeyd etmişəm ki, istintaq Emil Ağacanovu məsuliyyətdən azad etmək məqsədilə onu guya anlaqsız hesab edən psixiatrik ekspertiza rəyi ilə əsaslandırmağa çalışır. Lakin müraciətlərimə lazımi reaksiya göstərilməyib. Cinayət hadisəsi zamanı təqsirləndirilən şəxs narkotik maddələrin təsiri altında olmuşdur – bu tibb işçiləri tərəfindən qeyd edilmişdir. Həmçinin mərhum bacım təqsirləndirilənin yaxın qohumu (bacısının həyat yoldaşı) Elnur Həbibova mesaj göndərərək Emil Ağacanovun narkotik maddə qəbul etdiyini bildirmişdir. Emil Ağacanov əvvəllər dəfələrlə narkoloji müalicə almış, professor-narkoloq Araz Əligüliyev tərəfindən müalicə olunurdu”.

R.Muradova qeyd edib ki, hadisə günü səhər bacısı təqsirləndirilənin mənzilindən çıxaraq həyətə liftlə düşüb, yarım saat sonra yenidən mənzilə qayıdıb, az sonra çılpaq vəziyyətdə ölü tapılıb:

“İstintaq bu günə qədər İradə Muradovanın niyə çılpaq vəziyyətdə olduğunu müəyyən etməmişdir. Onu bu vəziyyətə salan nə olub? Qatil onu zorlamışdımı? Onun paltarını kim çıxarıb – özü, qatil, yoxsa üçüncü bir şəxs? Paltar hansı vəziyyətdə olub? Qatil özü də çılpaq vəziyyətdə olub. Niyə? Bu hallar cinayətin seksual xarakter daşıdığını göstərir, lakin istintaq bunları araşdırmaq üçün heç bir tədbir görmür.

Hadisə yerinə ilk gələnlər Elnur Həbibov və onun dostu olmuşdur. Elnur Həbibov bizə bildirmişdir ki, mərhum guya vanna otağında yıxılaraq ölüb və paltarında, həmçinin hadisə yerində qan izləri olmayıb. Lakin mən Yasamal rayon məhkəmə-tibbi ekspertiza şöbəsinin müdiri ilə görüşəndə o şəxsən dedi ki, mərhumun paltarında qan ləkələri olub (bu barədə səs yazımız mövcuddur) və paltar islanmış vəziyyətdə olub (bu faktı Yasamal rayon prokurorluğunun müstəntiqi Sayad Abbasov bizim vəkilə bildirmişdir). Biz hesab edirik ki, Elnur Həbibov cinayətin bəzi detalları və bəlkə də sübutların gizlədilməsində iştirak etmişdir. Bu hallar törədilmiş cinayətin kvalifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir, lakin istintaq bu məsələlərlə maraqlanmır.

Qeyd etmək istəyirəm ki, bu qədər böyük biznesi idarə edən, banklarla işləyən və şəxsi avtomobillərini idarə edən bir şəxs necə anlaqsız hesab oluna bilər? Əgər o, bu qədər aktiv sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, niyə özünə qarşı heç vaxt zərərli hərəkətlər etməyib, əksinə daim biznesini inkişaf etdirib?

Bundan əlavə olaraq xüsusi ilə qeyd edilməlidir ki, Emil Ağacanov necə anlaqsız adam olub ki, ona sürücülük vəsiqəsi verilib, avtomobil idarə edib, hələ üstəlik silah saxlamaq, odlu silahdan istifadə etmək üçün icazəsi var, tez-tez ovçuluqla məşğul olub.

Bununla belə, ekspert Emil Ağacanovun cinayət törətdiyi anda guya anlaqsız olduğu barədə rəy vermişdir. İndi isə həmin rəyi əsas götürərək onu məsuliyyətdən azad etməyə çalışırlar.

İstintaq Yasamal rayon prokurorluğunun müstəntiqi Sayad Abbasov tərəfindən aparılır. Bacımın qətlindən bir gün sonra, yəni 24.08.2025 mən müstəntiqin kabinetində zərərçəkmiş şəxs kimi tanınmaq barədə ərizə yazmışam. Lakin bir həftə sonra vəkilimiz işlə tanış olmaq üçün Yasamal rayon prokurorluğuna gələndə ona bildirilmişdir ki, guya “Rəna Muradova” adlı zərərçəkmiş kimi tanımırlar. Bu, rəsmi sənədin gizlədilməsi deməkdir.

Müstəntiq Sayad Abbasov bacımın qətlindən 6–7 saat sonra, mənim və yaxın qohumlarımın (Kərimova Sabina və Markina Svetlana) yanında şəxsən demişdir ki, təqsirləndirilənin qanında narkotik maddələr aşkarlanıb, lakin öldürülən şəxsin qanında heç bir narkotik maddələr aşkarlanmayıb. Lakin bir ay sonra bizə bildirdi ki, mərhumun qanında amfetamin tapılıb. Bacım İradə Muradova heç vaxt narkotik maddə qəbul etməyib, spirtli içki içməyib və siqaret çəkməyib. Bunu bütün qohumlarımız, tanışlarımız və onunla daim təmasda olan iş yoldaşları təsdiqləyə bilər. Yasamal və Bakı şəhər prokurorlugu həmçinin nəzərə almır ki, qatil cinayəti törədərkən narkotik maddələrin təsiri altında olub. Mərhumun şəxsi əşyaları – mobil telefonu, saatı və 200 ABŞ dolları hadisə yerindən itib. Mən və anam Sevinc Quliyeva dəfələrlə yazılı şəkildə istintaqı daha təcrübəli müstəntiqə verilməsini xahiş etmişik. Həmçinin dəfələrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə müraciət edərək cinayət işinin onların nəzarətinə götürülməsini tələb etmişik. Bakı şəhər prokurorluğunda qəbulda olmuşuq, lakin iş hələ də Yasamal rayon prokurorluğunda qalır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri