Icma.az
close
up
RU
Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı ŞOK DETALLAR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı ŞOK DETALLAR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bizim.Media xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan Yusif Baqiyev və digəriləri onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında ittiham olunurlar. 
 

“Qumar kralı” kimi tanınan Yusif Baqiyevin böyük sərvətə yiyələndiyi məlum olub. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilən Yusif Baqiyevin təxminən 10 milyon manat dəyərində əmlakı üzərinə həbs qoyub. 


Bu sırada “Lamborghini Urus”,  “Mercedes-Benz G63 AMG” markalı lüks avtomobillər, Yusif Baqiyevin özünün, həyat yoldaşının və digər yaxın qohumlarının adına rəsmiləşdirilmiş mal-mülklər var.
Əmlakların böyük hissəsi Şəki şəhərində yerləşir.
Şəkinin əsas küçələrində - Bəxtiyar Vahabzadə, Səmədbəy Mehmandarov, Məmməd Şərif Həmidov, Fuad Əbdürahmanov, Mikayıl Müşfiq, Şah İsmayıl Xətai küçələri, eləcə də İstiqlaliyyət və Məmməd Əmin Rəsulzadə prospektlərində yerləşən fərdi yaşayış evləri, villalar və mənzillər; ayrı-ayrı ünvanlarda çoxsaylı torpaq sahələri; obyektlər; Qoxmuq kəndində böyük ərazini əhatə edən ayrıca qeyri-yaşayış sahəsinin ümumi 5 milyon manata yaxın qiymətləndirilir.
Bundan başqa, Yusif Baqiyevin Səbail rayonu, Badamdar qəsəbəsində bir neçə mənzili; Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və Ş.Qurbanov küçələrində, həmçinin Saray və Hökməli qəsəbələrində yerləşən çoxsaylı mənzillər, bağ evləri və torpaq sahələri də müəyyən olunmaqla üzərinə həbs qoyulub.
 

Ötən prosesdə dövlət ittihamçısı ittiham aktı elan edib. Məlum olub ki, müttəhimlər Nazirlər Kabinetinin idman və mərc oyunlarının təşkil olunması ilə bağlı müvafiq qərarına əməl etmədən, qeydiyyatdan keçməyərək, mütəşəkkil dəstə halında "qazan bet", "check black", "online loto" və digər xarici saytların adminliyini əldə edərək onlayn qumar oyunları təşkil etməklə külli miqdarda gəlir əldə ediblər.


Əldə olunan gəlirləri vəzifə bölgüsü apararaq müxtəlif hesablardan, o cümlədən, bank kartlarından 170 milyon 344 min manat, "M10" hesablarında isə 3 milyon manat, ümumilikdə 173 milyon manatdan artıq vəsaitin köçürülməsinə nail olublar.
Yusif Baqiyev onlayn qumar oyunlardan qazandığı 41 milyon manatı leqallaşdırmaq məqsədi ilə həmin məbləğdən Şüvəlan qəsəbəsi və Səbail rayonu da daxil olmaqla Bakının müxtəlif bölgülərindən həyat yoldaşının adına bir neçə mənzil alıb. 
Samir Nəsibov isə öz rəhbər vəzifəsindən sui-istifadə etməklə dövriyyəsi yüksək olan "Paysis MMC" şirkətinin elektron sisteminin tərkibində yaradılmış elektron pul kisəsində pulların köçürülməsini təmin edib. Müttəhimlər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. 
Müttəhimlərdən Ramil Saadovun vəkili vəsatət verməklə müvəkkilinin ev dustaqlığına buraxılmasını xahiş edib. Vəsatət təmin edilməyib.  
Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb.
İbtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Belə ki, Yusif Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb. 
Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.
Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.
 

İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib. 


Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. (Musavat.com)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Dekabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri