Icma.az
close
up
RU
Bakıda minlərlə ailəni düşündürən problem VİDEO

Bakıda minlərlə ailəni düşündürən problem VİDEO

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda mənzil və həyət evlərinin qiyməti sürətlə artsa da, icbari əmlak sığortası üzrə maksimal təminat məbləği illərdir eyni qalır.

Modern.az Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda paytaxt üzrə bu rəqəm 25 min manatdır. Halbuki şəhərdə evlərin 100 min manatdan başlayan qiymətlərlə, hətta 200-300 min manat və daha baha satılması adi hala çevrilib. Bu fərq, xüsusilə, son aylarda baş verən leysan, subasma və digər hadisələrdən sonra daha çox diqqət çəkir. Çünki bahalı evə ciddi zərər dəyəndə vətəndaşın aldığı icbari sığorta ödənişi çox vaxt ziyanın yalnız kiçik hissəsini qarşılaya bilir.

Mövcud qaydalara əsasən, Bakı şəhərində icbari əmlak sığortası üzrə haqq 50 manat, təminat isə 25 min manatdır. Gəncə, Sumqayıt və Naxçıvanda təminat 20 min, digər şəhər və rayonlarda isə 15 min manat müəyyən edilib.

Ekspertlərin fikrincə, daşınmaz əmlak bazarında qiymətlər dəyişdiyi halda, sığorta limitlərinin uzun müddət sabit qalması həm vətəndaşların marağını azaldır, həm də sığortanın rolunu zəiflədir. Yəni vətəndaş sığorta alır, amma böyük zərər zamanı gözlədiyi həcmdə kompensasiya ala bilmir.

Mütəxəssis Vüsal Bədəlov deyir ki, vətəndaş evinin tam dəyərinə yaxın təminat almaq istəyirsə, könüllü sığortaya üstünlük verməlidir.

Onun sözlərinə görə, vətəndaş təxminən 200 min manatlıq əmlakı üçün 200-300 manat civarında ödəniş etməklə evini könüllü sığortalada bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Aprel 2026 02:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see254

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see247

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see208

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see197

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see195

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see195

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see180

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see178

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see178

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see171

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see166

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see163

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see159

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see159

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see156

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see156

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see147

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see147

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see147

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri