Bakıda imtahan balı ailəni bir birinə qatdı
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda qayınata ilə gəlini arasında baş verən mübahisə xəsarətlə nəticələnib.
Milli.Az xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.
İddialara əsasən, 65 yaşlı kişi 9-cu sinif buraxılış imtahanında 130 bal toplayan nəvəsinə irad bildirib. Bu zaman gəlini ilə aralarında mübahisə yaranıb. Əsəbiləşən qayınata əlindəki stəkanı qadına atıb və o, üz nahiyəsindən xəsarət alıb.
Hadisə ilə bağlı cinayət işi açılsa da, tərəflər barışdığı və zərərçəkənin şikayətçi olmadığı üçün məhkəmə cinayət təqibinə xitam verərək təqsirləndirilən şəxsi məsuliyyətdən azad olunub.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:Bakıda avtoş polisləri arxasına salıb şəhəri bir birinə qatdı VİDEO
23 Yanvar 2026 04:39
Psixoloq: Ailəni bir birinə bağlayan uşaqlardır
30 İyun 2025 16:28
Bakıda minlərlə ailəni düşündürən problem VİDEO
13 Aprel 2026 02:53
Yağışlı Bakıda 2 maşın bir birinə çırpılıb
14 Fevral 2025 13:02
Bakıda zəncirvari qəza Avtobuslar bir birinə çırpıldı+Video
12 Fevral 2026 18:58
Baxış sayı:133
Bu xəbər 26 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















