Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Bakıda müəyyənləşən strategiya

Bakıda müəyyənləşən strategiya

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“S&P” agentliyi COP29-un mühüm nəticələrinə əsaslanaraq yeni reytinq yanaşması tətbiq edəcək

“S&P Global Ratings” (“S&P”) beynəlxalq reytinq agentliyi Azərbaycanda keçirilən COP29 Zirvə sammitində əldə edilmiş müsbət nəticələri nəzərə alaraq COP-la bağlı reytinq tərtibatına yenilənmiş yanaşma təqdim edib. Belə ki, COP29-da əldə olunan ən mühüm nəticələrdən biri kimi kollektiv iqlim maliyyələşdirilməsi və şəffaflıq platformasının yaradılması agentliyin reytinq baxışlarını da yeniləməyə sövq edib. “S&P Global Ratings” hesab edir ki, Bakıda iqlim ailəsi üçün geniş imkanlar aça biləcək maliyyə fondunun yaradılması, dövlət və özəl mənbələrdən hər il 300 milyard dollar məbləğində vəsaitin ayrılmasına dair anlaşmanın əldə olunması əvvəlki COP hədəfinin üç qatı olmaqla qlobal karbon emissiyasının azaldılması istiqamətində mühüm addım olacaq.

Borc alətlərinə yeni baxış

Hesabatda vurğulanır ki, COP29-dan sonra ölkələrin öz Milli Müəyyənləşdirilmiş Töhfələrini (NDCs) və iqlim dəyişikliyinə uyğunlaşma planlarını yenidən nəzərdən keçirəcəyi nəzərdə tutulub ki, bu addımlar fiziki iqlim risklərinə məruz qalan ölkələr üçün, orta və uzunmüddətli hədəflərə yönəldiləcək. “S&P” hesab edir ki, daha iddialı maliyyə hədəfləri ölkələri daha iddialı planlar hazırlamağa sövq edə bilər ki, bu da iqtisadiyyatın əsas sektorlarına, xüsusən də inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli təsir göstərəcək. Dayanıqlı maliyyə infrastrukturunun qurulması ekoloji maneələrin aradan qaldırılması və xalis sıfır emissiya məqsədlərinə nail olunması yolunda mühüm töhfə verəcək.

“S&P”-nin ekspert qrupu hesab edir ki, maliyyələşmə institutunun fəaliyyətə başlaması iqlim dayanıqlılığına həssas ölkələrin borc alətlərinin də qiymətləndirilməsinə yeni baxışı formalaşdırır. Bu baxımdan iqlim fəsadlarına məruz qalan ölkələr üçün maliyyə donorluğunun təmin edilməsi həm də borcların restrukturizasiyasını meydana çıxarır ki, COP-un reytinq qiymətləndirməsində yanaşmanın dəyişdirilməsi zərurəti yaranır.

Azərbaycanın iradəsi sayəsində

Göründüyü kimi, COP29 sammiti Azərbaycanın qlobal miqyaslı mötəbər tədbirə olduqca peşəkarcasına və məsuliyyətlə hazırlaşdığını, builki tədbirin əvvəlki COP toplantılarına nisbətən daha mütəşəkkil və fəal müzakirələr, geniş məsləhətləşmələr ruhunda davam etdiyini bir daha təsdiqləyir. Ən mühüm hadisələrdən biri kimi Paris sazişinin 6,4 maddəsi (karbon bazarları) üzrə razılaşmanın əldə olunması Azərbaycanın COP hərəkatında yeni cığır açdığını göstərir.

COP29-dan əsas gözləntilərin biri dayanıqlı maliyyələşmə arxitekturasının qurulmasıdır. Sammitdə bu istiqamətdə də iradəli təşəbbüslər ortaya qoyuldu və artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracağına dair yekun razılaşma sənədi imzalandı. Həmçinin, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşməsinin mühüm sütunu olan “İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu”na vəsait ayrılmasına da hüquqi-iqtisadi təminat yaratdı. Azərbaycanın iradəsi sayəsində qlobal iqlim dəyişmələri ilə bağlı mübarizə tədbirlərində həlledici rol olan digər maliyyələşmə mexanizmləri də təmin edilib.

Beynəlxalq təşkilatlar strateji qərarlarını Bakı sazişlərinə uyğunlaşdırır

Sessiya çərçivəsində Bakı Maliyyə Məqsədinin yekdilliklə dəstəklənməsi inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon dollar məbləğində iqlim maliyyəsi portfelinin formalaşması və maliyyənin təmin edilməsi öhdəliyini qoyur. İqlim kapitalı fondunun öhdəlik ssenarisinə əsasən, 2035-ci ilə qədər ehtiyac olan ölkələr blokuna hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması nəzərdə tutulur. Sammitdə bu istiqamətdə digər iradəli təşəbbüslər ortaya qoyuldu və artıq beynəlxalq maliyyə korporasiyaları və bank strukturları iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracağına dair ümidverici bəyanatlar səsləndirdi. Məsələn, Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracağını bildirib. Eləcə də Avstraliya və İsveç Fonda 730 milyon dollar töhfə verəcək.

Ümumilikldə, Azərbaycanın məsuliyyətli ölkə kimi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirərək beynəlxalq iqlim çağırışları ilə bağlı nümunəvi modelləri ortaya qoydu. COP29 sammitindən bir aya yaxın müddət keçməsinə baxmayaraq, ölkəmizin təşəbbüskarlığı ilə əldə olunmuş mühüm nəticələr iqlimlə bağlı növbəti fəaliyyət planlarının yol xəritəsini təşkil etməkdədir. Bakıda müəyyənləşən strategiya, eyni zamanda, beynəlxalq iqtisadi qurumların, reytinq agentliklərinin, o cümlədən “S&P”-nin hesabatlarında da yeni iqlim dəyərləndirmələrini labüdləşdirib. Bu, Azərbaycanın COP hərəkatınıda yaratdığı yeni reallıqlardır və  beynəlxalq təşkilatların strateji qiymətləndirmə metodologiyasını Bakı sazişlərinə uyğunlaşdırması deməkdir.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see266

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see263

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see256

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see254

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see245

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see240

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see239

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see229

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see219

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see217

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see214

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see213

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see212

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see210

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see205

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see203

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see202

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see201

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see201

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri