Bakıda münasib qiymətə şam ağaclarını və bəzək aksesuarlarını haradan almaq olar? QİYMƏTLƏR Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Yeni ilə sayılı günlər qaldığından paytaxt bazarlarını bayram atributları - şam ağacları, oyuncaqlar bəzəyir. Bu il də şam ağaclarının qiyməti bir çoxuna maraqlıdır.
Baku TV-nin əməkdaşı bununla əlaqədar paytaxt bazarlarından birində olub.
Məlum olub ki, şam ağaclarının qiyməti həcminə, uzunluğuna və üzərindəki bəzəklərə görə dəyişir.
Minimum 20 manatdan başlayaraq alıcılara təklif edilir. Hündürlüyü 1 metr və 1 metrdən yuxarı olanlar 100-150 manat, 3 metr olanlar isə 450 manatdır. Yeni il aksesuarları arasında ən çox tələb olunanlardan biri də qapı aksesuarlarıdır.
Qiymətlər 20, 25 və 40 manat arasındadır. Oyuncaqlar isə qutusu 2 manatdan 20 manata qədərdir.
Alıcılar paytaxtın mərkəzindəki satış qiymətləri ilə müqayisədə şəhərətrafı ticarət obyeklərində qiymətin daha münasib olduğunu deyirlər. Həmçinin, ötən illə müqayisədə kəskin artım olmadığını da bildiriblər.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 02 Dekabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















