Icma.az
close
up
RU
Bakıda nadir Səfəvi xalçaları sərgilənir

Bakıda nadir Səfəvi xalçaları sərgilənir

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb.

APA xəbər verir ki, sərginin açılışında ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş olunub.

Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova çıxış edərək muzeyin yaranma tarixi, yeni binanın inşası, fəaliyyət istiqamətləri barədə qısa məlumat verib. Təşkil edilmiş sərginin əhəmiyyətindən söhbət açan Ə.Məlikova bildirib ki, sərgi 2025-ci il mayın 10-dək davam edəcək.

Daha sonra “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisində yer alan nadir eksponatlar barədə sensor ekran vasitəsilə Azərbaycan və ingilis dillərində məlumat verilib. Layihə çərçivəsində Təbriz miniatürlərindəki saray xalıları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx da nümayiş edilib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, hüquq üzrə fəlsəfə doktoru Səadət Yusifova Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanda yaradılan bənzərsiz sənət nümunələri, xüsusən, xalçaçılıq sənətinin inkişafı, dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr hazırlanması barədə söhbət açıb. Nazir müavini ölkə rəhbərliyinin xalça sənətinə xüsusi diqqət və qayğısını vurğulayıb, eyni zamanda, “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisinin təşkilinin tarixi ənənələri təbliğ və təqdim etmə baxımından təqdirəlayiq addım olduğunu qeyd edib.

“BP Azərbaycan”ın Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin indiyə qədər dəstək olduğu mədəni layihələrə ötəri nəzər salıb və gələcəkdə də bu ənənələrin davam etdiriləcəyini bildirib.

Çıxışların ardınca xanəndələr — Rəvan Qaçayev və Zeynəb Nəcəfovanın ifasında xalq və bəstəkar mahnıları dinlənilib. Onları tarda Nihad Qədirli, kamançada Toğrul Qasımov müşayiət edib.

Bədii hissədə Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında müxtəlif rəqslər nümayiş edilib.

Qeyd edək ki, sərgilənən sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer tutur.

Xatırladaq ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Amir Textiles and Rugs” (Oskouei MMC) təşkilatçılığı, bp Azərbaycanın baş sponsorluğu, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” şirkətinin dəstəyi ilə keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Dekabr 2024 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see158

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see154

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see143

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see140

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see140

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see132

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see131

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see127

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see125

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see123

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see122

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see122

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see120

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see119

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see117

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see113

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see111

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see109

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri