Bakıda NATO nun mobil təlim qrupu tərəfindən kurs keçirilir FOTO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Təcrübələrin öyrənilməsi" mövzusunda kurs keçirilir.
Bizim.Media xəbər verir ki, kursun açılışında çıxış edən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev qonaqları və iştirakçıları salamlayaraq Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, hərbi qulluqçularımızın son illərdə qazandıqları təcrübələri xidməti fəaliyyətlərində uğurla tətbiq etdiklərini xüsusi qeyd edib.
Daha sonra təlimçilər tərəfindən dinləyicilərə NATO haqqında ümumi məlumat verilib.
Həmçinin NATO-nun ştat strukturu, keçirilən təlimlərdə və əməliyyatlarda qazanılan təcrübələr ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən beynəlxalq tədbirdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunacaq.

Bizim.Media
Baxış sayı:101
Bu xəbər 18 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















