Icma.az
close
up
RU
Bakıda panduslarla bağlı problem necə həll olunmalıdır? Açıqlama

Bakıda panduslarla bağlı problem necə həll olunmalıdır? Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda piyada keçidlərində və səkilərdə pandusların əlçatanlığı ilə bağlı problemlər xüsusilə uşaq arabasından və təkərli arabadan istifadə edən şəxslərin gündəlik hərəkətini çətinləşdirir. Pandusun düzgün ölçüdə və uyğun maillikdə olmaması bəzi hallarda ondan təhlükəsiz istifadəni mümkünsüz edir. Mövcud standartlarda piyada keçidlərinin və pandusların layihələndirilməsi ilə bağlı konkret tələblər müəyyənləşdirilib.
Məsələnin digər tərəfi isə mövcud infrastrukturun bu tələblərə nə dərəcədə uyğunlaşdırılmasıdır. Pandusların yalnız quraşdırılması deyil, onların təhlükəsiz, rahat və müxtəlif hərəkət imkanlarına malik şəxslər üçün uyğun olması da vacibdir. Bakı şəhərinin bəzi ərazilərində əlilliyi olan şəxslər, yaşlılar və uşaq arabası istifadəçiləri üçün pandusların yaradılması ilə bağlı işlər də aparılıb.
Bəs Bakıda bəzi pandusların standartlara uyğun olmamasının əsas səbəbi nədir? Mövcud pandusların yenidən qurulması üçün hansı tədbirlər görülməlidir və şəhər infrastrukturunun hər kəs üçün əlçatan olması necə təmin edilə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Anar Əliyev bildirib ki, hazırda Azərbaycanda, xüsusilə də Bakı şəhərində səkilərin və piyada keçidlərinin standartlara uyğunlaşdırılması ilə bağlı müəyyən normativ sənədlər mövcuddur.
Onun sözlərinə görə, hətta bir neçə ay əvvəl səkilərin və piyada keçidlərinin standartlara uyğunluğu ilə bağlı müvafiq sənəd də qəbul olunub:
“Bu standartlara əsasən, səkilər və piyada keçidləri bütün insanlar, o cümlədən əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır. Yəni burada pandusların, rahat keçidlərin və digər zəruri infrastruktur elementlərinin nəzərdə tutulması vacibdir. Əlilliyi olan şəxslərin, yaşlı insanların, uşaq arabası ilə hərəkət edən valideynlərin və hərəkət imkanları məhdud digər insanların şəhər daxilində sərbəst hərəkəti təmin edilməlidir.
Lakin mövcud vəziyyətə baxdıqda görürük ki, normativ sənədlərin və standartların olmasına baxmayaraq, onların praktik tətbiqində müəyyən problemlər qalmaqdadır. Məsələn, bir neçə küçədə səkilər yenilənib, lakin yenilənmə zamanı panduslar və digər əlçatanlıq elementləri lazımi səviyyədə nəzərə alınmayıb.
Buna misal olaraq Şəmsi Bədəlbəyli küçəsində, 28 Mall-un qarşısındakı ərazini göstərmək olar. Həmin ərazidə səkilər yenilənib, lakin pandus məsələsi yenə də lazımi şəkildə həll olunmayıb. Bu ərazi ilə bağlı fotolar da var və onları nümunə kimi təqdim etmək mümkündür.
Burada əsas məsələ ondan ibarətdir ki, müvafiq icra qurumları və sifarişçi qurumlar mövcud standartları nəzərə almalıdırlar. Həmin standartlar podratçı şirkətlərə də düzgün şəkildə ötürülməli və görülən işlərin icrası zamanı bu tələblərə əməl olunmasına nəzarət edilməlidir. Yəni sadəcə səkinin yenilənməsi kifayət deyil. Yenilənən səki müasir şəhər infrastrukturu tələblərinə cavab verməli və bütün insanlar üçün əlçatan olmalıdır.
Əlçatan səkilər və panduslar müasir şəhərin ən vacib tərkib hissələrindən biridir. Şəhər infrastrukturunun əsas məqsədlərindən biri insanların rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin etməkdir. Bu baxımdan piyada infrastrukturu yalnız əlilliyi olan şəxslər üçün deyil, bütün şəhər sakinləri üçün rahat olmalıdır.
Ümumiyyətlə, bu gün istər Bakı şəhərində, istərsə də digər ərazilərdə infrastruktur və şəhər mobilliyi baxımından ən zəif istiqamətlərdən biri piyada keçidləri və səkilərdir. Bu sahə müasir standartlara uyğunlaşdırılmalıdır. Çünki şəhərdə müxtəlif nəqliyyat növlərinin inkişaf etdirilməsi ilə yanaşı, müxtəlif nəqliyyat vasitələri ilə piyada hərəkəti arasında rahat keçid də təmin edilməlidir.
Məsələn, nəqliyyat sistemində “last mile”, yəni “son kilometr” anlayışı var. İnsan ictimai nəqliyyatdan, metrodan və ya digər nəqliyyat vasitəsindən istifadə etdikdən sonra son məntəqəyə çox vaxt piyada çatır. Bu səbəbdən nəqliyyat növləri arasında inteqrasiyanın və rahat keçidin təmin olunmasında piyada infrastrukturu mühüm rol oynayır.
Əgər biz şəhər mobilliyini daha müasir səviyyəyə çatdırmaq, ictimai nəqliyyatı və digər nəqliyyat növlərini inkişaf etdirmək istəyiriksə, ilk növbədə piyada infrastrukturunu da paralel şəkildə inkişaf etdirməliyik. Səkilər, piyada keçidləri, panduslar və digər əlçatanlıq elementləri vahid sistem kimi nəzərdən keçirilməlidir.
Ona görə də bundan sonra küçə və səkilərin yenilənməsi zamanı yalnız estetik görünüşə deyil, funksionallığa və əlçatanlığa da xüsusi diqqət yetirilməlidir. Qəbul edilmiş standartların real layihələrdə tətbiqi və buna nəzarətin gücləndirilməsi vacibdir. Müasir şəhər yalnız yeni yolların və binaların salınması ilə deyil, insanların həmin şəhərdə rahat və maneəsiz hərəkət edə bilməsi ilə formalaşır”, - deyə ekspert fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Avqust 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see189

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see149

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see145

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see145

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see143

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see142

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see138

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see137

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see128

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see127

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see127

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see127

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see126

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see126

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see126

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see126

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see126

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see126

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see125

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri