Icma.az
close
up
RU
Sakinləri təhdid edən eletrik xətləri: problem necə həll olunmalıdır? Açıqlama

Sakinləri təhdid edən eletrik xətləri: problem necə həll olunmalıdır? Açıqlama

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Bu gün Bakı və Abşeron ərazisində yüzlərlə ev yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşir. Bu səbəbdən də həmin evləri sənədləşdirmək mümkün deyil. Həmin insanların həyatı daim təhlükə altındadır. Bir tərəfdən enerji daşıyıcılarının yaratdığı neqativ fon, digər tərəfdən isə qəza ehtimalı insanları ciddi təhlükə qarşısında qoyur. Bu ailələrdə yaşayan azyaşlı uşaqlar müxtəlif xəstəliklərə səbəb ola biləcək təhlükələrlə üz-üzədirlər".

Bunu Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, elektrik enerjisi xətlərinin altında, həmçinin, neft və qaz kəmərlərinin üzərində qeyri-qanuni tikilmiş obyektlər vaxtlı-vaxtında təmir işlərinin aparılmasına, profilaktik tədbirlərin görülməsinə mane olur:

" Xüsusilə, qəza baş verən zaman həmin ərazilərdə operativ təmir işlərinin aparılması ciddi problemə çevrilir. Xətlərin bəziləri köhnədir, dəyişməlidir. Yüksəkgərginlikli elektrik xətlərinin altında və yaxınlığında tikilmiş evlər 60-70-ci illərdə quraşdırılmış ötürücülərin vaxtlı-vaxtında dəyişdirilməsində ciddi maneədir. Amma ümumi zolaq zəbt olunduğundan həmin xətlərin yenilənməsi qeyri-mümkündür. Əgər həmin ərazilərdə hansısa yenidənqurma işləri aparılarsa, orada yaşayan vətəndaşların həyatı üçün böyük təhlükə yarana bilər".

Ekspert qeyd edib ki, təmir işlərinin aparılması və ya qəzanın nəticələrinin aradan qaldırılmasına maneçilik müvafiq məsuliyyət törədən hal hesab olunur:

"Amma insanlar buna məhələ qoymur və sözügedən ərzilərdə məskunlaşırlar".

Ekspert bildirib ki, gələcəkdə Bakı və Abşeron ərzisində yüksəkgərginlikli xətlərin keçdiyi ərazilərdə onların yeraltı xətlərlə əvəzlənməsiə mümkündür:

"Məsələn, Laçında bütün elektrik xətləri yeraltı çəkilib. Deməli, yüksəkgərginlikli xətlərin yeraltı aparılması mümkündür və bu təcrübədən istifadə edilir. Bundan sonra sözügedən elektrik xətlərinin altında yerləşən evlərin sahibləri mənzillərinin sənəd problemini həll edə bilərlər. Düzdür, tikililərin olduğu ərazilərdə bu əvəzlənmə bir qədər çətin işdir. Amma mümkün qədər buna gedilməlidir. Əgər yüksək gərginlikli elektrik naqillərinin altında böyük bir yaşayış məntəqələri salınıbsa, bu zaman elektrik naqilinin dəyişilmə xərci ilə ərazinin köçürülmə xərci müqayisə edilir. Hansı daha aşağı xərclə başa gəlsə, o da reallaşdırılır".

Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Aprel 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see245

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see161

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see159

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see155

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri