Icma.az
close
up
RU
Bakıda piylərini çıxartdırmağa gedən iki uşaq anası öldü

Bakıda piylərini çıxartdırmağa gedən iki uşaq anası öldü

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bakıda bu ilin aprel ayında 40 yaşlı Səbinə Əliyeva liposaksiya əməliyyatı olmağa qərara gəlir.

Gununsesi.info Milli.Az-a istinadən xəbər verir ki, o, bu barədə eltisi ilə məsləhətləşib və əməliyyatı ali təhsili olmayan həkim eltisi edir.

Mərhumun valideynləri qızının ölümündə eltisini günahkar bilir. Mərhumun anası Sara Qədimova bildirib ki, axşam saatlarında mənə video gəldi, videonu qızım atıb kürəkənimə, o da mənə göndərib.

“Həmin videoda qızımın durumu pis idi. Üstündən bir az zaman keçəndən sonra mənə göndərilən bütün videolar silinib. Eltisi Ülviyyə Rəhmənova əməliyyatdan sonra onu xəstəxanadan çıxardıb, 2 gün evində saxlayacağını deyib. Ancaq 1 gün sonra qapımı qızın qaynatası döyərək dedi ki, qızın vəziyyəti yaxşı deyil.

Həyətə çatanda gördüm ki, polislər həyətdədir. Onda hiss etdim ki, qız ölüb. Gəldim qızıma toxunanda meyit buz kimi idi. Üstünü açdım, sanki qarın hissəsində nəsə qaynayır kimi idi. Ölümünə inanmadım, amma qaynanası dedi ki, artıq ölüb. Təcili tibbi yardım gələndə də öldüyünü təsdiqlədi”.

Əməliyyatdan sonra həmin klinikanın fəaliyyəti dayandırılıb. Ekspertizanın rəyindən sonra məlum olub ki, mərhum kəskin qanaxmadan həyatını itirib. Faktla bağlı cinayət işi başlanıb. Məsələ ilə bağlı həkimlə əlaqə saxlamağa çalışsaq da zəngimizi onun bacısı Nailə xanım cavablandırdı. Bacısı məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyini, bacısının səhhətinin ağır olduğunu bildirib.

Mütəxəssislər qeyd edir ki, cərrahi ixtisası olmayanların belə bir işi görməsi nəticəsindən asılı olmayaraq məhkəmə və aidiyyəti orqanların priviligiyasındadır.

Pasiyentlər sosial şəbəkələrdən, reklamlardan təsirlənərək hərəkət etməməli, gedəcəkləri yerin həmin xəstəxanada mütəxəssislərin həqiqətən həkimin ixtisaslaşıb, ya hansı təcrübəyə sahib olduğunu bilməlidirlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, cərrahların çalışdığı müəssisələrdə tibb xidmətlərinin göstərilməsinə nəzarət nazirliyin müvafiq qurumları üzrə planlı və daxil olan şikayətlər üzrə plandan kənar yoxlamalar aparılır. Nəzarət tədbirləri zamanı xüsusi nöqsanlar aşkarlandıqda cərimələr, ölüm faktı olduqda isə məsələ tibbi ekspertizası və hüquq mühafizə orqanlarının səlahiyyətinə keçir. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu qeydə alınıb. Bu haqda inzibati tədbirlər görülüb.

Qeyd edək ki, həkimlər 5 ildən bir sertifikasiya imtahanından keçir. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri