Icma.az
close
up
RU
Bakıda Psixi Sağlamlıq Forumu keçirilib FOTOLAR

Bakıda Psixi Sağlamlıq Forumu keçirilib FOTOLAR

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Yeni Klinikada Ombudsman, TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramının əməkdaşlığı çərçivəsində Psixi Sağlamlıq Forumu keçirilib. Forumun təşkilində məqsəd psixoloqların elektron qeydiyyatının təşkil olunmasıdır. SİA xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə psixoloji sağlamlıq sahəsinin təcrübədə problemlərlə müşayiət olunan və dəstək tələb edən məsələ olduğunu bildirib: "Uzun illər bu xidmət sahəsində çalışan şəxslərin qeydiyyatının aparılması, qanunvericilik əsasında bu mövzunun müzakirəsi məsələsi nəinki bizi, bu sahədə çalışan şəxsləri, bu xidmətə ehtiyacı olan şəxsləri maraqlandırır. Bu sahədə təcrübədə çətinliklər qalır, kifayət qədər insan keyfiyyətli psixososial xidmətlərə ehtiyac duyur. Təcrübəli psixoloqların dəstəyinə ehtiyacımız var. Bu gün müzakirə etdiyimiz məsələlər qeyd olunan çətinliklərin aradan qaldırılmasına töhfə verəcək".

TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Nərgiz Hacıyeva bildirib ki, proqram çərçivəsində həkimlərin təlimlərə cəlb olunması nəzərdə tutulub: "Hazırda TƏBİB-in müəssisələrində yaşlı şəxslərin, eləcə də uşaqların psixi sağlamlığının təşkilinə diqqətlə yanaşırıq. 100-dən çox tibb müəssisəsində psixoloqlar fəaliyyət göstərir Qısa müddətdə qəbul imtahanlarından öncə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edərək məktəblərdə abituriyentlərə psixoloji yardıma başlayacağıq".

İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli bildirib ki, psixoloqların elektron bazasının formalaşması sistemi bu günə qədər bu sahədə fəaliyyət göstərən bütün insanlara töhfə verəcək. Eyni zamanda, peşəkar mütəxəssislərin cəmiyyətə inteqrasiyasına və vətəndaşlara düzgün psixoloji xidmətin göstərilməsinə zəmin yaradacaq: "Psixoloqlar elektron kabinetdən keçərək fəaliyyət göstərə biləcəklər. Psixoloqların yanlış məlumat yayması, qeyri-ixtisas şəxslərin cəmiyyətə özlərini psixoloq kimi təqdim etməsi kimi problemimiz var. Bu gün vətəndaş peşəkar psixoloqu axtardığı zaman tapa bilmir. Elektron baza yaratdıq ki, buna da dövlət orqanlar nəzarət edəcək".

Forumda psixi sağlamlıq sahəsi üzrə əhəmiyyətli müzakirələr aparılıb və bu sahədəki yeniliklər haqqında məlumat verilib.

Tədbirdə psixoloji və nitq inkişaf mərkəzlərinin rəhbərləri, bir sıra universitetlərin müəllim və profesor heyəti, 2 saylı psixiatriya xəstəxanası və Respublika Psixiatriya Xəstəxanasının baş həkimləri və həkim heyəti, psixologiya sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Mart 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri