Icma.az
close
up
RU
Bakıda “Technovation by PMI” Forumu keçirilib Fotolar

Bakıda “Technovation by PMI” Forumu keçirilib Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən həftə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Bakıda keçirilən və beynəlxalq səviyyədə tanınan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib. 

“Qafqazinfo” xəbər verir ki, forum dövlət qurumlarının nümayəndələrini, qabaqcıl biznes ictimaiyyətini və müvafiq sahələr üzrə ekspertləri bir araya gətirərək, elm və innovasiyanın iqtisadiyyatın və müxtəlif sənaye sahələrinin gələcəyinin formalaşdırılmasındakı roluna dair müzakirələr üçün platforma yaradıb.

“Technovation by PMI” innovasiya, elm və tənzimləmə məsələləri ətrafında dialoqu təşviq edən beynəlxalq forumlar silsiləsinin tərkib hissəsidir.

Müzakirələr zamanı vurğulanıb ki, elmi araşdırmalarla dəstəklənən texnoloji tərəqqi iqtisadiyyatın və biznes modellərinin transformasiyasına töhfə verməklə yanaşı, ictimai maraqların təmin edilməsində də mühüm rol oynaya bilər. İştirakçılar həmçinin innovasiyaların təşviqi, yeni texnologiyaların potensial üstünlüklərinin reallaşdırılması və əlverişli innovasiya ekosisteminin formalaşdırılması baxımından aydın və proqnozlaşdırıla bilən tənzimləmə mühitinin, eləcə də sübuta əsaslanan siyasət yanaşmalarının əhəmiyyətini müzakirə ediblər. 

Forumun açılış mərasimində “AmCham Azərbaycan”ın prezidenti Dəyanət Sədullayev çıxış edərək qlobal dəyişikliklər və artan geosiyasi risklər fonunda bizneslərin dayanıqlılığının gücləndirilməsinin əsas prioritet olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, müasir dövrdə biznes icmaları üçün yalnız yeni texnologiyaların tətbiqi kifayət etmir. Şirkətlər eyni zamanda biznes modellərini yeniləməli, fəaliyyətlərinin səmərəliliyini artırmalı, yeni çağırışlara uyğunlaşmalı və əlavə dəyər yaratmalıdır. Dünyada baş verən sürətli dəyişikliklər biznes mühitində qeyri-müəyyənliyi artırır və şirkətlərdən daha çevik yanaşma tələb edir.
İcraçı direktor qeyd edib ki, belə şəraitdə texnologiya, kommunikasiya və dialoq platformalarının rolu xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, AmCham dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və konstruktiv dialoqun inkişafı üçün müxtəlif platformalar yaradır.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Azərbaycanın iqtisadi inkişaf prioritetləri və uzunmüddətli rifahın təmin edilməsində qeyri-neft-qaz sektorunun artan rolu barədə fikirlərini bölüşüb. 

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunan natiq bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyaraq süni intellekt, yüksək məhsuldarlıqlı hesablamalar və rəqəmsal innovasiyalar sahələrini əhatə etdiyini dilə gətirib. Onun sözlərinə görə, ABŞ son 30 ildən artıq müddətdə Azərbaycanın ən etibarlı iqtisadi tərəfdaşlarından biri olub və iki ölkə enerji, ticarət və rəqəmsal transformasiya sahələrində güclü əməkdaşlıq bazası formalaşdırıb.

H. Hüseynov qeyd edib ki, ötən həftə keçirilən Azərbaycan-ABŞ İqtisadi Dialoqu tərəflər arasında yeni əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirib. Enerji və kritik minerallar sahəsində əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, tərəflər yüksək məhsuldarlıqlı hesablamalar (high-performance computing), süni intellekt, infrastruktur, bulud texnologiyaları və rəqəmsal innovasiyalar üzrə tərəfdaşlığın yeni mərhələsini inkişaf etdirirlər: “Dell Technologies”, “Oracle”, “Microsoft”, “Amazon” və digər şirkətlərlə əməkdaşlıq Azərbaycan-ABŞ münasibətlərinin ənənəvi investisiya tərəfdaşlığından strateji texnologiya və innovasiya əməkdaşlığına keçdiyini göstərir. Bu təşəbbüslər ölkədə məhsuldarlığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına, investisiyaların cəlbinə və Azərbaycanın qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir”.

Daha sonra PMI şirkətinin MDB regionu üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim çıxış edərək innovasiyaları təşviq edən, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirən və cəmiyyət üçün fayda yaradan tənzimləmə və vergi siyasətinin vacibliyini qeyd edib.

O bildirib ki, Azərbaycan resurslara əsaslanan iqtisadi modeldən innovasiya və biliklərə söykənən iqtisadiyyata keçidi uğurla davam etdirir: “Azərbaycan son onilliklər ərzində dərin iqtisadi və institusional transformasiya həyata keçirərək bir çox ölkələrin hədəflədiyi inkişaf modelini formalaşdırıb. Ölkənin enerji resursları iqtisadi inkişafın mühüm təməlini təşkil etsə də, enerji sektoru eyni zamanda innovasiyaların və yeni texnologiyaların inkişafına təkan verib. Azərbaycan dəyişikliklərə və transformasiyaya açıq olduğunu sözlə deyil, əməli ilə nümayiş etdirib”.

O vurğulayıb ki, Azərbaycanın COP29, Bakı Enerji Həftəsi və BMT platformaları çərçivəsində keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin qlobal əməkdaşlıq və innovasiya mərkəzi kimi mövqeyini gücləndirir.

A. Kim qeyd edib ki, təmsil etdiyi şirkət hazırda dünyanın 100-dən çox bazarında alternativ tütün məhsulları ilə fəaliyyət göstərir və bu məhsullardan 46 milyon istehlakçı istifadə edir: “Azərbaycan PMI-nin ənənəvi siqaret məhsulları satmadığı, yalnız alternativ tütün məhsulları təqdim etdiyi azsaylı bazarlardan biridir. Korporativ transformasiya ilə iqtisadi transformasiya bir-birindən ayrılmaz anlayışlardır və davamlı inkişaf üçün uyğun tənzimləyici mühit, şəffaf qaydalar və innovasiyaları təşviq edən siyasətlər mühüm rol oynayır”.

Daha sonra forum panel müzakirələrlə davam etdirilib. Forum çərçivəsində keçirilən “Qeyri-neft-qaz sektorunun təşviqi və inkişafı yolu ilə iqtisadi diversifikasiya” mövzusunda ilk panel sessiyasında Azərbaycanın iqtisadi transformasiyasını dəstəkləyən imkanlar və siyasət prioritetləri müzakirə olunub. Paneldə energetika nazirinin müavini Elnur Soltanov, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı Direktoru Fariz Cəfərov çıxış ediblər. 

E. Soltanov Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirilib. Onun sözlərinə görə, ölkədə neft hasilatının sabitləşməsi, qaz hasilatında isə 2023-2025-ci illərdə müşahidə olunan kəskin artım tempinin gələcəkdə davam etməməsi iqtisadi inkişaf üçün yeni yanaşmaları zəruri edir: “İqtisadi siyasətin əsas məqsədi sadəcə diversifikasiya deyil, dayanıqlı və davamlı iqtisadi artımın təmin edilməsi olmalıdır. İqtisadiyyatın şaxələndirilməsi vacib olsa da, bu, özlüyündə məqsəd deyil, iqtisadi dayanıqlılığı və artımı gücləndirən vasitədir”.

E.Soltanov əlavə edib ki, SOCAR-ın son illərdə keçdiyi inkişaf yolu bu transformasiyanın ən yaxşı nümunələrindən biri hesab oluna bilər: “Bu gün SOCAR artıq yalnız öz neftini və qazını emal edib satmır. Şirkət Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrində, o cümlədən İtaliyada dəyər zənciri boyunca fəaliyyət göstərir. SOCAR artıq neft və qaz deyil, bacarıq ixrac edir. Hər bir ölkənin iqtisadi inkişafının əsas göstəricilərindən biri insan kapitalında formalaşan bilik və bacarıqların beynəlxalq bazarlarda satıla bilməsidir”.

V. Ələsgərov Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən müəssisələr üçün əsas prioritetin yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsal olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, zonada istehsal olunan məhsulların ən azı 75%-i Azərbaycan hüdudlarından kənara ixrac edilməlidir: “Bu yanaşmanın əsas məqsədi yerli bazara yönəlmiş müəssisələrin zona ərazisində yerləşməsinin qarşısını almaq və Azad İqtisadi Zonada fəaliyyət göstərən şirkətlərlə ölkənin əsas iqtisadiyyatında çalışan biznes subyektləri arasında qeyri-bərabər rəqabətin yaranmasına yol verməməkdir. Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən şirkətlər vergilərdən, gömrük rüsumlarından və digər ödənişlərdən azad olunduqları üçün üstün mövqeyə malikdirlər. Bu səbəbdən yerli şirkətlər üçün onlarla rəqabət aparmaq çətin ola bilər”.

İdarə Heyətinin sədri vurğulayıb ki, bu mövqeyə görə bəzən tənqidlərlə üzləşsələr də, beynəlxalq təcrübə seçilən modelin düzgün olduğunu göstərir.

Müzakirələr ikinci panel sessiyasında “Zərərin azaldılması və dayanıqlı inkişaf istiqamətində korporativ transformasiya” mövzusu ilə davam edib. Bu sessiyada, şirkətlərin dəyişən bazar tələblərinə uyğunlaşmaq, dayanıqlılığı artırmaq və uzunmüddətli dəyər yaratmaq məqsədilə innovasiya, texnologiya və elmi nailiyyətlərdən necə istifadə etdikləri müzakirə olunub. Paneldə “Acwa” şirkətinin İcraçı-idarəedici Direktoru Dr. Uyqar Durgunay, bp şirkətinin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova və PMI şirkətinin Elmi Fəaliyyətlər üzrə Direktoru xanım Tomoko İida çıxış ediblər. 

T. İida bildirib ki, çalışdığı şirkətin ənənəvi siqaretlərdən alternativ məhsullara keçid strategiyası artıq real nəticələr verir və bu proses geri dönməz xarakter alıb. Hazırda dünyada 43,5 milyon insan ənənəvi siqaretdən imtina edərək alternativ tütün məhsullarına keçib. PMI rəsmisinin sözlərinə görə, alternativ məhsulların tətbiqi bəzi ölkələrdə siqaretçəkmə səviyyəsinin azalmasına da təsir göstərib.
O əlavə edib ki, hazırda Azərbaycanda da siqaret çəkənlərin payı təxminən 20% təşkil edir və gələcəkdə bu göstəricinin azalması üçün potensial mövcuddur.

bp-nin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova isə vurğulayıb ki, bp  Azərbaycanda həyata keçirdiyi transformasiya proseslərini artıq əməliyyat fəaliyyətində tətbiq edir və bu proseslər şirkətin bütün əsas aktivlərini əhatə edir.
O qeyd edib ki, şirkət Azərbaycandakı əməliyyatlarında ağıllı qazma texnologiyalarından, pilotsuz uçuş aparatlarından, robotlardan və rəqəmsal əkiz (digital twin) həllərindən istifadə edir. Bu texnologiyalar hasilatın səmərəliliyini artırmağa, daha dəqiq qərarlar qəbul etməyə və təhlükəli işlərin avtomatlaşdırılmasına imkan yaradır.

Tədbir AmCham Azərbaycanın İcraçı Direktoru  Zaur Kərimovun yekun nitqi ilə başa çatıb. O, bu kimi təşəbbüslərin Azərbaycanın innovasiya və gələcəyə yönəlmiş dialoq üçün mühüm platforma kimi mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. O, həmçinin tədbirin uğurla keçirilməsinə verdikləri töhfəyə görə bütün spikerlərə, iştirakçılara, dövlət qurumlarının nümayəndələrinə və PMI şirkətinə təşəkkürünü bildirib. Vurğulayıb ki, tədbirin uğuru innovasiyaların təşviqi, bilik mübadiləsinin genişləndirilməsi və Azərbaycanın dayanıqlı iqtisadi inkişafına dəstək göstərilməsi istiqamətində ortaq öhdəliyin göstəricisidir.
150-dən çox iştirakçının, o cümlədən yüksək səviyyəli biznes ictimaiyyəti, dövlət qurumlarının nümayəndələri, digər aidiyyəti tərəflər, eləcə də yerli və beynəlxalq media nümayəndələrinin qatıldığı tədbir mövzunun aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirib. Qeyd edək ki, 2026-cı ildə “Technovation” forumu artıq ABŞ və İsveçdə də uğurla təşkil olunub.

Gülnar Əliyeva















Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 İyun 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see469

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see367

Goranboyda ata oğlunu bıçaqlayaraq öldürüb

02 Avqust 2026 03:46see331

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see324

Zelenski: Patriot raketləri mövcuddur, əsas məsələ siyasi qərardır

02 Avqust 2026 05:23see304

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see261

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see236

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see211

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see187

Bu Avropa ölkəsinin vətəndaşlarının 40% dən çoxu milyonçudur... İBRƏTAMİZ

02 Avqust 2026 08:49see185

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see180

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see178

Peruda turist təyyarəsi qəzaya uğrayıb, 13 nəfər ölüb

02 Avqust 2026 01:53see176

Bu səhvlər dəridə ləkə və erkən qocalmaya səbəb ola bilər

02 Avqust 2026 09:07see175

Tramp İrana genişmiqyaslı zərbə endirməyə yaxındır İsraildən İDDİA

02 Avqust 2026 05:15see171

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see170

ÜST: Ebola virusu nəzarətdən çıxır

02 Avqust 2026 02:30see163

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see161

Dünyanın ən böyük qəhvə istehsalçıları açıqlandı Siyahı

02 Avqust 2026 18:07see153

AZAL təyyarədə boş yerlər olduğu halda, cənazə aparan vətəndaşa bilet satmadı FOTOLAR

02 Avqust 2026 11:14see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri