Hörmüz boğazında iki neft tankeri minaya düşdü: Gəmilər partladı
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hörmüz boğazında iki neft tankeri minaya düşərək partlayıb.
Milli.Az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, boğazın cənub marşrutu ilə hərəkət edən iki supertanker müəyyən edilmiş qaydaları pozaraq keçid etməyə çalışıb. Nəticədə gəmilər dəniz minalarına düşüb və partlayış baş verib.
Məlumata görə, hadisədən sonra hər iki tankerin ekipaj üzvləri gəmiləri tərk ediblər.
Tankerlərin ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıdığı qeyd olunub. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı və dənizə neft sızmasının baş verib-vermədiyi barədə hələlik məlumat yoxdur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Hörmüz boğazında üç neft tankeri partladı
08 Noyabr 2026 17:29
Hörmüz boğazında yeni insident: Tanker minaya düşdü, digər gəmilər geri çəkildi
23 İyul 2026 10:35
Hörmüz boğazında neft tankeri minaya düşüb
31 Oktyabr 2026 22:40
İran açıqladı: Hörmüz boğazında 2 neft tankeri partladı
20 İyul 2026 11:34
“Hörmüz boğazında mina yerləşdirən gəmilər vurulacaq” Tramp
23 Aprel 2026 17:09
Baxış sayı:119
Bu xəbər 24 Oktyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















