Bakıda qadın 3 min manatlıq qızılı belə oğurladı Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Zərgərlik mağazalarından oğurluq edən şəxs saxlanılıb.
“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazalarının birindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı N.Dadaşova müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun Səbail və Nəsimi rayonları ərazisində yerləşən digər zərgərlik mağazalarından da ümumilikdə 2 min manat dəyərində qızıl-zinət və gümüş məmulatlarını oğurladığı müəyyən olunub.
Şübhəli şəxsin mağazalara müştəri qismində daxil olaraq satıcıların diqqətini yayındırmaqla oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Sözügedən şəxsin Nərimanov rayonundakı zərgərlik mağazasından 3 min manatlıq qızıl-zinət əşyaları oğurladığı anın videosu:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















