Bakıda dayə ev sahibinin 11 min manatlıq zinət əşyalarını oğurladı
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda dayə xidmət etdiyi evdən oğurluq edib.
Qaynarinfo-nun məlumatına görə, Aybəniz Quliyeva (ad və soyad şərtidir) ev sahibinə məxsus 11 729 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.
Ev sahibinin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Aybəniz Quliyeva saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə baxılıb.
Müttəhim məhkəmə zamanı özünü verilmiş ittihamla təqsirli bilib. O, əməlindən peşman olduğunu və zərərçəkmişə dəymiş ziyanın ödənildiyini bildirib.
Məhkəmənin hökmü ilə Aybəniz Quliyevaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 Aprel 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















