Icma.az
close
up
RU
Bakıda qadın kafedə oğlanı döydü KONKRET

Bakıda qadın kafedə oğlanı döydü KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda 1981-ci il təvəllüdlü Vəfa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Fəxrəddinə (adlar şərtidir – red.) xəsarət yetirib.

KONKRET.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonunun Balaxanı qəsəbəsi, S.Mənsur küçəsində yerləşən “Taxtalı” adlı kafedə baş verib. Vəfa kafedə tanışları ilə birlikdə oturmuş müştəri Fəxrəddinin sifarişini qəbul etməyib, kafenin bağlanılmaqla ona xidmətin göstərilməyəcəyini bildirib.Bu zaman Vəfa ondan kafeyə əvvəlki borcunu ödəməməsini tələb edib. Aralarında yaranmış mübahisə zamanı o, Fəxrəddinin sinəsindən vuraraq yerə yıxıb, təpiklə bədəninin müxtəlif yerlərindən vurub.

Hadisəni törədən Vəfanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Vəfa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bir müddət olar Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən “Taxtalı” adlı kafeni icarəyə götürərək işlədib: “Mənim kafedə olan işlərimə qeyri-rəsmi olaraq yaşadığım Natiq adlı şəxs də işindən sonra köməklik göstərir. Kafedə müştərilərə qulluq hər gün gündüz saatlarından axşam saat 23 radələrindək davam edir”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, axşam saat 19 radələrində kafeyə əvvəllər müştəri olaraq gəlmiş adını sonradan bildiyi Fəxrəddin adlı şəxs tanışları ilə birlikdə kafeyə gəlib, pivə sifariş verərək içməyə başlayıblar: “Fəxrəddin tanışları ilə birlikdə kafedə oturduqdan sonra saat təxminən 20:30-da yenidən içməyə spirtli içki sifariş verdim. Fəxrəddinin kafeyə əvvəlki borcunu ödəmədiyinə görə onun tanışları ilə oturduqları masaya yaxınlaşdım, artıq kafenin bağlanacağını, xidmətin göstərilməyəcəyini bildirdim. Bu zaman Fəxrəddinlə aramızda hesabın verilməməsi ilə bağlı mübahisə yarandı. Fəxrəddinlə mənim aramda yaranmış mübahisəni görən tanışım Natiq aramızda olan mübahisəyə müdaxilə etdi, Fəxrəddinin əvvəllərdə kafedə borclu qaldığını bildirdi. Fəxrəddin Natiqlə mübahisə etməyə başladıqda mən onların arasına girdim və onları sakitləşdirmək istəyərkən içkili vəziyyətdə olan Fəxrəddinin təhqirlərindən, stolun üstündə olan külqabını yerə salmasından və yersiz hərəkətlərindən artıq bezərək onu özümdən kənara çəkmək üçün əlim ilə çiynindən vuraraq kənara itələdim. Həmin vaxtı Fəxrəddin müvazinətini saxlaya bilməyərək yerə yıxıldı və xəsarət aldı. Kafedə olan tanımadığım müştərilər araya girərək bizi sakitləşdirdilər”.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Vəfa aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Fevral 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see304

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see300

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see254

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see254

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see246

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see232

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see230

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see228

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see222

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see212

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see211

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see205

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see202

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see197

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see195

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see194

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see192

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see183

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see183

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri