Bakıda qadın turisti oteldə qarət etdi
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda hindistanlı turist oteldə qarət edilib.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Yasamal rayonu ərazisində yerləşən “Nemi” otetində baş verib.
İttiham aktında qeyd olunur ki, himayəsində azyaşlı övladı olan 27 yaşlı Şəms Rzayeva (şərti adla) gecə klublarının birində tanış olduğu Hindistan vətəndaşı ilə görüşmək üçün onun müvəqqəti qaldığı otelə gedib. Turistin hamam otağına keçməsindən istifadə edən Ş.Rzayeva onun çantasından 1100 dollar (1870 manat) pulu götürərək oteli tərk edib.
Rzayeva zərərçəkmiş şəxsin polisə şikayətindən sonra saxlanılıb.
Məhkəmə Ş. Rzayevanın 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması və elektron nəzarət sisteminin tətbiq olunması barədə hökm çıxarıb.
Baxış sayı:108
Bu xəbər 19 Sentyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















