Icma.az
close
up
RU
Şuşada “Qarabağ gecəsi” xeyriyyə konserti

Şuşada “Qarabağ gecəsi” xeyriyyə konserti

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə Şuşa şəhərində “Qarabağ gecəsi - Şuşa” adlı xeyriyyə konserti keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertdə dövlət rəsmiləri, QDF-nin donor və tərəfdaşları, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və Şuşa şəhərinin sakinləri iştirak ediblər.

Anım Gününün 6-cı ildönümü çərçivəsində təşkil olunan tədbirin açılış mərasimində Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov ilk növbədə “Qarabağ gecəsi – Şuşa” xeyriyyə konsertinin təşkilində əməyi keçən Qarabağ Dirçəliş Fonduna və tərəfdaş qurumlara təşəkkürünü bildirib. O, belə bir musiqi tədbirinin Şuşada keçirilməsini yüksək qiymətləndirərək konsertin şəhərin mədəni həyatının zənginləşdirilməsi və Şuşanın musiqi ənənələrinin yaşadılması baxımından əhəmiyyətini vurğulayıb.

Tural Novruzov Şuşanın Azərbaycanın mədəniyyət və musiqi tarixində xüsusi yer tutduğunu qeyd edərək, şəhərdə bu kimi tədbirlərin keçirilməsinin onun mədəni irsinin qorunmasına və yeni nəsillərə ötürülməsinə mühüm töhfə verdiyini bildirib. O, “Qarabağ gecəsi” layihəsinin növbəti dəfə Şuşada keçirilməsinin şəhərin mədəni həyatına töhfə verən təşəbbüslərdən biri olduğunu xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağ gecəsi” xeyriyyə konsertinin məqsəd və əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə yanaşı, mədəni həyatın canlandırılması, tarixi-mədəni irsin qorunması və Qarabağın zəngin musiqi ənənələrinin yaşadılması da xüsusi əhəmiyyət daşıyır.

Rəhman Hacıyev qeyd edib ki, “Qarabağ gecəsi” xeyriyyə konsertinin Şuşada keçirilməsi artıq ənənəyə çevrilib. İlk dəfə 2024-cü ildə Şuşa şəhərində keçirilən konsert zamanı Şuşa şəhərinə “Yamaha” istehsalı olan böyük konsert royalının hədiyyə edildiyini xatırladan İdarə Heyətinin sədri vurğulayıb ki, bu musiqi aləti Şuşada keçirilən konsertlər və digər mədəni tədbirlər üçün yeni imkanlar yaradaraq şəhərin mədəni həyatına öz töhfəsini verir.

Bu günədək altı dəfə keçirilən “Qarabağ gecəsi” xeyriyyə konsertlərinin təşkilinə və həyata keçirilməsinə QDF-nin donor və tərəfdaşlarının göstərdikləri dəstəyin xüsusi əhəmiyyət daşıdığını deyən Rəhman Hacıyev bunu Qarabağın dirçəlişi naminə birlik və həmrəyliyin təzahürü kimi qiymətləndirib.

Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli də çıxış edərək “Qarabağ gecəsi” layihəsinin əhəmiyyətindən danışıb, Şuşanın Azərbaycanın musiqi və mədəniyyət tarixində xüsusi yerini qeyd edib.

Çıxışlardan sonra bədii hissə ilə davam edən tədbirdə tanınmış musiqiçilərin ifasında Azərbaycan və dünya musiqisindən əsərlər səsləndirilib. Mustafa Mehmandarovun dirijorluq etdiyi konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli (piano) və Yeganə Axundova (piano), Əməkdar artist Emil Əfrasiyab (piano), solistlər Nəzrin Aslanlı (violin), Mahir Tağızadə, Aysun Mahmudzadə və Səbinə Əsədova konsert zamanı dinləyicilərə unudulmaz musiqi anları bəxş ediblər.

Xatırladaq ki, sentyabrın 23-də Anım Gününün 6-cı ildönümü çərçivəsində Laçında təşkil olunan “Qarabağ gecəsi - Laçın” xeyriyyə konserti zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən Laçın şəhərinə də “Yamaha” istehsalı olan konsert royalı hədiyyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri