Icma.az
close
up
RU
Bakıda qaravolçu özünü həkim kimi təqdim edib qadının dişlərini çəkdi FOTO +VİDEO

Bakıda qaravolçu özünü həkim kimi təqdim edib qadının dişlərini çəkdi FOTO +VİDEO

Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir.

Bakıda qaravolçu özünü həkim kimi təqdim edib qadının dişlərini çəkdi— FOTO +VİDEO

Bakıda yerləşən diş kliniksında kuryoz hadisə baş verib.

CityPost.az xəbər verir ki, "Dent House Baku" diş klinikasında özünü həkim kimi təqdim edən şəxs xəstənin dişlərini çəkib.

Elnarə Məhərrəmovanın iddiasına görə,sentyabr ayında instagramdan özünü həkim kimi təqdim edən Fərid Əşrəfli ilə əlaqə saxlayıb. Fərid Əşrəfli özünü peşəkar həkim kimi təqdim edərək xanımı "Dent House Baku " klinikasına dəvət edib.

Fotoda özünü həkim kimi təqdim edən şəxs

" Özünü həkim kimi təqdim edən Fəridin instagram hesabına baxanda orada məşhurlardan rəqqasə Fatimə Fətəliyevanın, müğənnilər Günay İbrahimli, Nura Surinin,Aygün Səfərovanın şəkillərini gördüm. Elə başa düşdüm ki, bu peşəkar həkimdir,məşhurlar da onun yanına gedir. Həmin görüntülərə aldanıb onun yanına getdim. "Xalqlarda" yerləşən "Dent House Baku " klinikasında məni qəbul etdi. Özünü həkim kimi təqdim edən şəxs məni klinikanın baş həkimi Anar Əmiraslanovun otağında müayinə etdi. Mənə dedilər ki, sizin 5 dişinizin dibində kist var. Həmin dişlər çəkilməlidir və implant qoyulmalıdır. Mən də onların sözünə inanıb razılıq verdim. Daha sonra başıma oyun gəldi. Mənim 11 sağlam dişimi çəkdilər. Özünü həkim kimi təqdim edən Fəridin bütün bu əməlləri baş həkim Anar Əmiraslanovun kabinetində baş verib. Daha sonra mənim üz və çənə nayihəmdə ağrılar başladı. Araşdırdım,məlum oldu ki,özünü diş həkimi kimi təqdim edən Fərid Əşrəfli NZS-də gözətçi işləyirmiş",- deyə şikayətçi bildirib.

Elnarə Məhərrəmovanın müsahibəsini aztimes.az saytının Youtube kanalı yayıb.

CityPost.az məsələdə adı hallanan "Dent House Baku " klinikasının həkimi Anar Əmiraslanovla əlaqə saxlayıb.

Fotoda Anar Əmiraslanov

Həkim Elnarə Məhərrəmovanın fikirlərinin şər-böhtan olduğunu bildirib.

"Bizim klinikada Fərid Əşrəfli adlı həkim işləməyib. Həmin şəxs iş üçün bizə müraciət etmişdi. Biz ondan diplomunu tələb etdik. Bildirdi ki, Ukraynada oxuyub və diplomunun təsdiqini gözləyir. Daha sonra bir neçə dəfə bizim mərkəzə gəldi. Həmin qadın bizim mərkəzə gəlib, Fərid adlı həkimi soruşanda əməkdaşlarımız ona bizim klinikada belə həkim çalışmadığını bildiriblər. Bu məsələdə mənim adımın hallandırılması heç nəyə əsaslanmır",-deyə Anar Əmiraslanov bildirib.

Araşdırmamız zamanı o da məlum olub ki, özünü Fərid Əşrəfli kimi təqdim edən həmin şəxsin ad,soyadı tamamilə fərqlidir. Onun əsl adı Fərahim Quliyevdir.

CityPost.az yazıda adı hallanan Fərid Əşrəflinin (Fərahim Quliyevin) də mövqeyini təqdim etməyə hazırdır.

https://www.instagram.com/reel/DCoFaUYSxgX/?utm_source=ig_embed&ig_rid=7b82d0f5-70b9-4daf-9b86-7e7d9bf77218


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 21 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri