Icma.az
close
up
RU
Bakıda qol saatına görə QAN TÖKÜLDÜ: Bilsəydim, tək çıxmazdım

Bakıda qol saatına görə QAN TÖKÜLDÜ: Bilsəydim, tək çıxmazdım

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Azad Əliyevin ifadəsi ilə davam edib:

"Röyalla eyni kənddənik, qohumu, qardaşım oğlunun kirvəsidir. Mənim onu vurmaq, zərər vermək kimi niyyətim yox idi. Baş verən hadisə vaxtı anlaqsız vəziyyətdə olmuşam. Röyalın saatı çox xoşuma gəlmişdi. Ondan xahiş etdim ki, saatı bir neçə günlüyünə versin, taxıb gözümün qurdunu öldürüm. Sağ olsun, verdi. Saat haradasa, 10-15 gün məndə qaldı. Mənim onu qaytarmamaq kimi bir niyyətim yox idi. Amma telefonla danışıb saatını geri istəyəndə məni hirsləndirib qıcıqlandırdı, burada demək istəmədiyim söyüşlər söydü mənə. Ağlım başımdan çıxdı. Mən psixoloji müalicə alıram, ehtiyyatsız deyilən hər hansı söz dərhal əsəblərimə toxunur. Saatı dərhal gətirməyimi tələb elədi. Ona saatını gətirəcəyimi bildirdim. Röyal məni Kürdəxanıdakı evlərinə çağırdı, ora yollandım. Zəng edib çölə çıxmasını istədim. Röyal evdən çıxdı. Elə çıxan kimi mübahisəyə başladıq. Üzərimdə bıçaq vardı. Mən aqlay ustasıyam, işdə də o bıçaqdan yapışdırıcını qarışdırmaq üçün istifadə edirdim. Bıçağı çıxarıb onun böyründən iki dəfə vurdum. Röyal mənə əl-qol atmadı, amma söyməyə başladı. Bu zaman evdən bir adam çıxdı, Röyalı qan apardığını görüb oradan uzaqlaşdım. Bıçağı qayıdanda yola tulladım".

Zərərçəkən Röyal Mustafayev hadisənin qol saatına görə baş verdiyini deyib:

"Saat hədiyyə idi. Amma Azad gəlib onu müvəqqəti istəyəndə etiraz eləmədim. Saatı ona tapşırdığım vaxtda qaytarmadı, hər dəfə müxtəlif bəhanələr gətirirdi. Telefonda saatımı ondan tələb edəndə əsəblərimizi cilovlaya bilməyib bir-birimizi söydük. Düşünmədim ki, mənə bıçaq çəkə bilər. Azadı evin qabağında qarşılayanda gördüm ki, onun başı üstündə deyil. Mübahisə vaxtı onun yaxasından yapışıb silkələdim, çəkişdik. Qan məni aparan vaxt, dayım evdən çölə çıxan kimi Azad qaçdı. Mən bilsəydim ki, o, bıçaqla gələcək, evdən tək çıxmazdım. Şikayətim yoxdur, barışmışıq. Müalicə vaxtı xərclərimə kimi kömək etdi".

Növbəti proses 4 sentyabr saat 10:00-a təyin edilib.

Xatırladaq ki, hadisə bu il yanvarın 15-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsi ərazisində baş verib. Azad Əliyev Röyal Mustafayevin qohumları ilə birlikdə yaşadığı evin qarşısına gəlib onu həyətə çağıraraq, mübahisə edib. Mübahisə vaxtı A.Əliyev cibindən çıxardığı bıçaqla Mustafayevin böyründən iki dəfə vurmaqla sağlamlığına ağır zərər vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Azad Əliyev Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Avqust 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri